"Əfqan Muxtarlı və Nemət Pənahlının şikayətləri Avropa Məhkəməsinə göndərilmir"

Загрузка...
Həbsdə olan jurnalist Əfqan Muxtarlı və siyasətçi Nemət Pənahlının işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətləri heç bir əsas olmadan Azərpoçtun PDM-ində saxlanılır. Criminal.az xəbər verir ki, bu barədə həmin şəxslərin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, şikayətlər təyinat ölkəsinə göndərilmir: "Yəqin ki, sonra itirildi kimi rəsmiləşdirəcəklər. Azərbaycan Höküməti İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü mafdəsini kütləvi şəkildə pozaraq, ərizələrin AİHM-ə göndərilməsinin qarşısını qanunsuz olaraq alır. Bugün Əfqan Muxtarlı və Nemət Pənahlının məktublarının qanunsuz saxlanılması ilə bağlı rəsmi şikayət etmişik".

Загрузка...
Загрузка...

Xəbər lenti