Ədliyyə işçiləri Mustafa Hacıbəylinin barmaq izlərini götürüblər

Ədliyyə işçiləri Mustafa Hacıbəylinin barmaq izlərini götürüblər
Загрузка...
''Mən bunu bir mesaj kimi qəbul etdim''
Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbәyli iyunun 28-də Әdliyyә Nazirliyinin Binәqәdi Rayon İcra vә Probasiya Şöbәsinә çağrılıb. Şöbədə onun barmaq izlәri götürülüb. Bu barədə Mustafa Hacıbəyli özü Meydan TV-yə danışıb.
Baş redaktor çağırılmasını bu gün Müsavat Partiyasının qərargahında Repressiya və İşgəncələr Əleyhinə Komitənin keçirdiyi Həmrəylik Marafonu ilə əlaqələndirir: "Şöbədə mənə çağırılmağımın marafonla heç bir bağlılığı olmadığını söyləsələr də, mən bunu bir mesaj kimi qəbul etdim. Guya, 5,6 il şərti cəza verilməsi ilə bağlı ayda bir dəfə qeydiyyatdan keçməliyəm. Bu çağırışı da onunla bağladılar. İki həftə əvvəl də çağırmışdılar. Məsələ ondadır ki, marafona polis müdaxiləsi zamanı qərargahdaydım, elə o vaxt da çağırırdılar”.
Mustafa Hacıbəylinin sözlərinə görə, vəkilləri ona Әdliyyә Nazirliyinin Binәqәdi Rayon İcra vә Probasiya Şöbәsinin əl izi götürməyə səlahiyyətinin olmadığını bildiriblər:
"Vəkil Osman Kazımov dedi ki, əl izi götürmək polisin səlahiyyətindədir. Ola bilər şikayət verim”.
İyunun 28-də Müsavat Partiyasının qərərgahında Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkilatçılığı ilə Həmrəylik Marafonu keçirilib. Amma polisin müdaxiləsindən sonra tədbir dayandırılıb. Mustafa Hacıbәyli fevralın 21-dә 5 il 6 ay şәrti azadlıqdan mәhrum edilib. Jurnalist haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılırdı. Onun ölkədən çıxışına qadağa qoyulub, eyni zamanda, baş redaktoru olduğu sayt bloklanıb.
Загрузка...
Загрузка...

Xəbər lenti