Əbülfəz Sadıqovun apelyasiya şikayəti təmin edilmədi

Əbülfəz Sadıqovun apelyasiya şikayəti təmin edilmədi
Загрузка...
 Məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb Noyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqovun həbsi ilə bağlı apelyasiya şikayətinə baxılıb. Apelyasiya Məhkəməsi Əbülfəz Sadıqov barəsində Səbail Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.
Müsavatçının vəkili Osman Kazımovun məlumatına görə, apelyasiya şikayətində Əbülfəz Sadıqovun həbsinin əsassız olduğu qeyd edilir və onun azadlığa buraxılması istənilir.
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. O. Cinayət Məcəlləsinin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur. İttihama görə, müsavatçı "Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditilə aldığı "Niva" markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir. Əbülfəz Sadıqov ittihamı qəbul etmir.
Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib. Bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.
Загрузка...
Загрузка...

Xəbər lenti