Əbülfəz Sadıqbəyli azadlığa çıxdı

Əbülfəz Sadıqbəyli azadlığa çıxdı
Загрузка...

Bu gün Qaradağ rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, prokuror çıxış edərək Ə. Sadıqbəylinin təqsirinin sübuta yetirildiyini bildirib və  dəyən ziyanın ödənilməsi, onun 3 aydan artıq həbsdə qalmasını nəzərə alaraq məhkəmə zalından azadlığa buraxılmasını istəyib. Dövlət ittihamçısı çıxışında Ə. Sadıqbəyli barəsində başqa yerə getməmək iltizam tədbirinin seçilməsini istəyib. 

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Prokurorun çıxışına əsasən Sadıqbəylinin azadlığa buraxılacağı gözlənilir. 

 

İttihama görə, Əbülfəz Sadıqbəyli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə təqsirləndirilirdi.

O, "Nikoil Bank" adından saxta sənəd hazırlayıb ondan istifadə etməklə bankın krediti ilə aldığı "Niva" markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək maşını öz mülkiyyətinə keçirib daha sonra satmaqda ittiham edilib. İstintaq zamanı banka dəyən borc ödənilib. 

***

Məhkəmənin hökmüylə Əbülfəz Sadıqbəyli azadlığa çıxıb.

Загрузка...
Загрузка...

Xəbər lenti