Əbülfəz Məlikovun oğlu "Papa Johns"a necə sahib olub? Əbülfəz Məlikovun oğlu

Əbülfəz Məlikovun oğlu
Загрузка...
Məşhur "broker", gömrüyün "kassası" kimi ad çıxarmış Əbülfəz Məlikovla bağlı daha bir məlumat ortaya çıxıb. Criminal.az xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bu barədə maraqlı məlumatlar yayıb.
O bildirib ki, "Broker Əbülfəz" kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikov Azərbaycandakı ən iri restoranlar şəbəkəsindən birinə sahiblik edir. Onun sözlərinə görə, söhbət Amerikanın ən böyük və dünyanın üçüncü məşhur pizza brendlərindən olan PAPA JOHN'S PİZZA-nın Azərbaycandakı şəbəkəsindən gedir.
"Əbülfəz Məlikovun oğlu PAPA JOHN'S adı altında fəaliyyət lisenziyasını 2012-ci ildə əldə edib və indiyədək Bakı şəhərində bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki Kamran Əliyev adlı şəxsdir. Restoranlar Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu PJA Limited Azerbaijan şirkəti üzərindən idarə olunur". Jurnalist hal hazırda "Papa Johns"un Bakıda fəaliyyət göstərən şöbələrinin ünvanlarını və tərəflər arasında bağlanılmış müqavilənin surətini də yayıb. Onlar aşağıdakılardır:
Nizami - Mirzağa Əliyev küç. 138
Sahil - Nizami küç. 106 A
Gənclik - Atatürk pr. 29
Əcəmi - Cavadxan küç. 15c
Park Bulvar - Neftçilər pr. 92
Əhmədli - Məhəmməd Hadi küç 106
Şüvəlan - Almaz Ildırımlı küçəsi 68 28
Mall - Azadliq prospekti 15A/4 



Загрузка...
Загрузка...

Xəbər lenti