Əbülfəs Qarayev vəzifəsindən azad edilib

Əbülfəs Qarayev vəzifəsindən azad edilib
Загрузка...
 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev cümə axşamı günü sərəncam imzalayıb. Dövlət Təhlükəsizliyi Xidməti mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Əbülfəs Qarayev getdi. Bəs, onun müavinləri, icra başçıları, generallar niyə həbs olunur? Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib. Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.
DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir. Mədəniyyət Nazirliyinin sözçüsü İntiqam Hümbətov BBC News Azərbaycancaya məsələ ilə bağlı şərh verməkdən imtina edib. 2020-ci ildə bir neçə rayon icra başçısı öz vəzifəsindən azad edilib və onların bəziləri həbs olunub. Bir neçə gün öncə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı ittihamlari ilə həbs edilib.
Əbülfəs Qarayev kimdir?
Əbülfəs Qarayev 13 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 23 saylı orta məktəbi bitirib. 13 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1963-1973-cü illərdə 23 saylı orta məktəbdə təhsil alıb. 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi; 1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri; 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri; 1992-1993-cü illərdə - Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında baş müəllim; 1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir; 1994-2001-ci illərdə - Gənclər və idman naziri; 2001-2006-cı illərdə - Gənclər, idman və turizm naziri; 2006-2018-ci illərdə - Mədəniyyət və turizm naziri; 2018-2020-ci illərdə - Mədəniyyət naziri vəzifəsində çalışıb.

Xəbər lenti