Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı

Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
Загрузка...
Tural Vəlizadənin müğənniləri Bakıya gətirmək üçün iş adamlarını aldatdığı bildirilir
Türkiyəli müğənnilərin Bakıda konsertlərini təşkil edən "Velizade Production”ın rəhbəri Tural Vəlizadənin məhkəməsi başa çatıb. Fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, T.Vəlizadə dələduzluqda təqsirli bilinərək, 8 il azadlıqdan məhrum edilib.
Şirkət rəhbəri türk müğənnilər Sıla və Ebru Gündeşin Bakıda konsertlərini təşkil etmək adıyla iş adamlarından təxminən 200 min dollar pul alıb, onları aldatmaqda suçlanır. T.Vəlizadə isə özünü təqsirli bilmir.
O, ifadəsində deyib ki, zərərçəkənlərdən pulu iş adıyla yox, borc alıb. Bunun əksini iddia edən zərərçəkənlər isə T.Vəlizadə ilə yanaşı, işçisi Əli Vəliyevin də cəzalandırılmasını tələb edir.
Zərərçəkmiş Rövşən Hacıyev bildirib ki, Tural Vəlizadə ilə onun Əli Vəliyev tanış edib. Ona türkiyəli müğənnilər Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini də Əli verib. Onun sözlərinə görə, bu iş üçün ümumilikdə 140 min dollar pul verib.
Загрузка...
Загрузка...

Xəbər lenti