Döyüşdən çox Zakir Həsənovun təlimlərində, Nəcməddin Sadıqovun kazarmalarında, Oktay Şirəliyevin xəstəxanalarında ölürük biz...

Döyüşdən çox Zakir Həsənovun təlimlərində, Nəcməddin Sadıqovun kazarmalarında, Oktay Şirəliyevin xəstəxanalarında ölürük biz...
Загрузка...
Ölüm alnımıza yazılıb, harda... hansı şəraitdə... dəxli yoxdur, biz ölürük. Həm də qəribə ölüm tarixçələrimiz var. Məsələn, külək məmləkətdə yıxa bildiyi çinar da bu yurdu talayanların başına aşmır. Bir müəllim tapır, bir zəhmətkeş tapır.
Bəzən elə bilirəm ki, biz ölümü də məşq edirik. Oyuna o qədər meylliyik ki, nərdimizin zərində ildırım gurultusu duyuruq. Amma, nəticə dəyişmir, biz çıxartdığımız səs öz açdığımız nərdtaxtanın səsidir, meydanın yox ha, nərdtaxtanın... Elə ölümlə də beləcə oynayırıq.
Biz ölürük... Amma, ideallarımıza qovuşmaq üçün açdığımız savaşlarda yox, o savaşı təsəvvür edəndə... O döyüşdə yox, o döyüş olacaq səngərdə yuxulayanda... Beynimizi işlətmədiyimizdən başımız ağrayanda... Burun kiçildəndə, dodaq yekəldəndə...
Rəşad Atakişiyevin təyyarəsi düşmən mövqelərini darmadağın etdikdən sonra vurula bilərdi, özü də illər idi ki, o anları gözləyirdi, amma qəzaya uğradı..
Və ya, qarşısında iyirmi altı ildir insafsız "lazım"ı gözləyən əsir düşmüş vətən torpağı varkən, onun uğrunda öldürmək, hətta ölmək varkən Azərbaycan əsgəri kazarmada sevdiyi qızın həsrətindən ya da pulsuzluqdan intihar edir, ölür... Ölür... Ölür...
Ən acısı, son illər səhiyyə sistemindəki durum və xəstəxanalarımızın ölüm makinası rolu oynaması ölüm deyiləni bir az da adiləşdirib.
Biz hər gün ölürük... Döyüşdən çox Zakir Həsənovun təlimlərində, Nəcməddin Sadıqovun kazarmalarında, Oktay Şirəliyevin xəstəxanalarında ölürük biz... 
 
Vasif Qurbanzadə
Загрузка...
Загрузка...

Xəbər lenti