Döyülən jurnalistlər DİN-ə şikayət etdi Döyülən jurnalistlər DİN-ə şikayət etdi

Döyülən jurnalistlər DİN-ə şikayət etdi
Загрузка...
Jurnalistlər Daxili İşlər Nazirliyində bu qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla görüşüb. Onlar Zahidova martın 18-də Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi önündə iş adamı Mübariz Mənsimovun həbs qərarına etiraz aksiyasını çəkərkən polis tərəfindən təzyiqə məruz qaldıqlarını bildiriblər. Bu barədə Turan-a məlumat verən görüşün iştirakçısı videobloger Nurlan Qəhrəmanovun sözlərinə görə, Zahidov onlara hadisə yerində polisin fəaliyyətinə maneçilik törətdikləri deyib.
"O, bizə bildirdi ki, biz polisin fəaliyyətinə mane olmuşuq. Biz isə polis tərəfindən vəhşicəsinə döyüldüyümüzü dedik. O, bunu qəbul etmədi və biz əlimizdə olan videokadrları ona təqdim etdik. Ehsan Zahidov məsələni nə təkzib edərək, nə də təsdiqləyərək, araşdıma aparılacağını dedi".

Xəbər lenti