Döydü, işgəncə verdi, Azərbaycandan intim şəkillərini yaydı... - RƏŞAD SALAYEVİN ƏMƏLLƏRİ Döydü, işgəncə verdi, Azərbaycandan intim şəkillərini yaydı... - RƏŞAD SALAYEVİN ƏMƏLLƏRİ

Döydü, işgəncə verdi, Azərbaycandan intim şəkillərini yaydı... - RƏŞAD SALAYEVİN ƏMƏLLƏRİ
Загрузка...
Avropa İnsan Haqları Məhkəməsi məişət zorakılığına məruz qalmış qadının şikayəti əsasında Rusiyanı 26 min avro təzminat ödəməyə məhkum edib. Bu, Rusiyaya qarşı məişət zorakılığı ilə əlaqəli çıxarılan ilk qərardır. Avropa Məhkəməsi belə qənaətə gəlib ki, Rusiya dövləti qadını qorumaq üçün yetərli tədbirlər görməyib. Qadını zorakılığa məruz qoyan isə Azərbaycan vətəndaşıdır. Virtualaz.org Rusiya mətbuatına (https://rtvi.com/news/espch-obyazal-rossiyu-vyplatit-25-tysyach-za-domogatelstva/, https://zona.media/article/2016/10/12/svetlana) istinadən xəbər verir ki, bu ölkə vətəndaşı Valeriya Volodina qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən mütəmadi olaraq döyülüb, hədələnib, işgəncələrə məruz qalıb.
Qadın 2016-cı ildən etibarən fiziki və mənəvi işgəncələrlə bağlı dəfələrlə yerli hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin onun çoxsaylı şikayətlərinə əhəmiyyət verilməyib, cinayət işi açılmayıb. Rusiyanın Ulyanovsk şəhər sakini 34 yaşlı V.Volodina Azərbaycan vətəndaşı Rəşad Salayevlə 2014-cü ilin sonlarında tanış olub, birgə yaşayıblar. Qadın ilk dəfə 2015-ci ilin aprelində R.Salayev tərəfindən döyülüb. Bu hal hər üç-dörd aydan bir təkrarlanıb. "Hətta məni o qədər döymüşdü ki, bir həftə yataqdan ayağa qalxa bilməmişdim. Başa düşürdüm ki, bu adam məni öldürə bilər. Mən artıq müqavimət də göstərmirdim”- zorakılığa məruz qalan qadın yerli mətbuata açıqlamasında belə deyib.
Valeriyanın dediklərindən belə məlum olub ki, ilk dəfə döyülməsi ilə bağlı polisə 1 yanvar 2016-cı ildə müraciət edib. Həmin vaxt faktla əlaqədar cinayət işi açılmayıb. Bundan sonra qadın məcburən Moskvaya qaçmalı olub. Lakin onun yerini öyrənən R.Salayev Valeriyanı taparaq yenidən Ulyanovskə qaytarıb. Cəmisi iki gündən sonra isə hər şey yenidən təkrarlanıb. Bu dəfə hamilə vəziyyətdə olan Volodiya döyülmə nəticəsində bətnindəki körpəsini itirib. Qəribə də olsa, R.Salayevin bu əməli ilə bağlı da hüquq-mühafizə orqanları tərəfindən heç bir araşdırma aparılmayıb.
Ona deyiblər ki, sabah gedib barışacaqsız, boş yerə vaxtımızı almayın. 2016-cı ilin yazında Valeriya yenidən Moskvaya köçmək məcburiyyətində qalıb. Çox keçməyib ki, onun "Vkontakte” sosial şəbəkəsindəki səhifəsi Rəşad tərəfindən ələ keçirilib, intim şəkilləri internetdə yerləşdirilib. Həmin şəkillər birgə yaşadıqları vaxtda Rəşad tərəfindən çəkilmişdi. Zərərçəkmişin polis orqanlarına bu haqda müraciəti də cavabsız qalıb. Nəyə görəsə Moskva polisi də Ulyanovskdəki həmkarları kimi R.Salayev barəsində cinayət işi başlamayıblar. Yalnız ötən ilin martında Ulyanovsk şəhəri, Zavoljsk rayon istintaq komitəsi tərəfindən V.Volodinanın şəkillərinin internetdə yerləşdirilməsi ilə əlaqədar R.Salayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb. Lakin elə həmin ilin dekabrında da araşdırma dayandırılıb. Məlum olub ki, qadının intim şəkillərini internetdə yerləşdirən şəxs Azərbaycandadır.
Rusiya Daxili işlər nazirliyinin məlumatlarında isə R.Salayevin həmin ərəfədə Rusiyada olduğu bildirilib. İstintaq zaman həmçinin o da məlum olub ki, Rəşad daim Valeriyanı güdüb, onu addım-addım izləyib, hücum çəkərək gah çantasını, gah telefonu aparıb, sonradan sındırıb və geri qaytarıb. Polis orqanları isə qadına təhdidlərin qısqanclığın təzahürü olduğunu deməklə kifayətləniblər. Rusiyada ədalətə nail ola bilməyən Valeriya sonda öz ölkəsini tərk edib. Buna baxmayaraq, təhdidlərin, şantajların, telefon zənglərinin ardı-arası kəsilməyib. Zərərçəkmiş istintaqı aparan müstəntiqdən də şikayətlənir.
 
Deyir ki, onun şəkillərinin internetdə yayılmasını istintaq orqanı doğru-düzgün araşdıra bilməyib: "Elə vəziyyət yaranırdı ki, məsələn, mənim xaricə getməyimi heç kim bilmirdi. Müstəntiq deyirdi ki, gələn ay gəlmək lazım olacaq. Deyirdim ki, mümkün deyil, ölkədə olmayacağam. İki gündən sonrasa Rəşad mənə təhqirdolu mesajlar göndərməyə başlayırdı. "Hara gedirsən, ay əxlaqsız? Səni heç yana buraxmayacağam, getməyə icazə verməyəcəyəm” tipli mesajlar gəlirdi. Bir daha qeyd edim ki, mənim xaricə gedəcəyimi müstəntiqdən başqa heç kim bilmirdi...”
 
 
Valeriya deyir ki, ölkəsində polis orqanları məişət zorakılığı ilə bağlı şikayətlərə ciddi yanaşmırlar: "Bizim polislərdən heç vaxt yaxşı münasibət görmədim. Onlar elə fikirləşirlər ki, bu gün şikayət edirsən, sabah barışa bilərsən. İstehza ilə yanaşırlar, ələ salırlar. Heç zaman onların mənə kömək göstərəcəyini hiss etmədim”. Valeriya özünü qorumaq üçün artıq üstündə qaz balonu daşıyır.
Hər yana yeniyetmə oğlu ilə birgə gedir: "Ötən ilin payızında iki maskalı şəxs blokda qardaşıma hücum çəkmişdi. Polisə şikayət etdik, araşdırmadılar da. Bundan sonra özüm bloka kamera quraşdırdım”. 

"Gətirdiyim sübutlara formal cavablar verilir, gah ekspertiza tərəfindən it-bat olur, gah da araşdırmaqdan imtina edirlər. Deyirlər ki, yazışmalar sübut növü deyil. Hərçənd, mən bildiyimə görə, sosial şəbəkələrdə yazılan hansısa şərhə görə adamı həbs edirlər. Məndə isə minlərlə skrinşotlar, yazışmalar var. Amma istintaq bunları sübut növü hesab etmir”.
Qeyd edək ki, Avropa Məhkəməsi öz qərarında Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusunu tanıyıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə isə 6 min avro müəyyən edib.
Загрузка...
Загрузка...

Xəbər lenti