SOCAR-ın idarə rəisi dövlət torpağını generala satıb - "Bizimlə mübahisə eləmə, səni atacaqlar içəri..." SOCAR-ın idarə rəisi dövlət torpağını generala satıb -

SOCAR-ın idarə rəisi dövlət torpağını generala satıb -
Загрузка...
"Dövlət torpağını zəbt edən İlqar və Yusif adlı şəxslər mənə xəbər göndəriblər ki, prezidentə şikayət etməyib kimə şikayət etsən də biz həmin ərazidə obyektimizi tikəcəyik. Bizim arxamızda duran adama heç kimin gücü çatmaz. Necə yəni, arxalandıqları adam o qədər güclü və nüfuzlu birisidir ki, hətta dövlət başçısı İlham Əliyevin də bu şəxsə gücü çatmırmış". Bu fikrlər SOCAR-ın keçmiş işçisi, torpağı zəbt olunduğunu iddia edən Şahin Ağəliyevə məxsusdur.
Ş.Ağaliyev 2005-ci idən SOCAR-da 5-ci dərəcəli çlingər vəzifəsində işləyib. 1995-ci ildən Xətai rayonun NZS qəsəbəsində qardaşıın evində 5 nəfərlik ailəsi ilə indiyədək kirayədə yaşayır. Övladının biri əlildir.
 
Ş.Ağaliyev Criminal.az-a bildirib ki, 14 iyul 2019-cu il tarixində yaşadığı NZS qəsəbəsində 0.04 sot bağ sahəsi qanunsuz zəbt olunub, hasarı xəbərdarlıq edilmədən uçurulub: "Babək prospekti yaxınlığındakı SOCAR-ın sənaye zonasının 0.4 hektar ərazisi qanunsuz zəbt olunaraq dərhal hasarlanıb və tikinti işlərinə başlanıb.Dövlət Əmlak komitəsi yanında Torpaqların İdarə edilməsi Dövlət Agentliyinin əməkdaşları hadisə yerinə gəldi, faktların doğruluğu təsdiq edildikdən sonra Bakı şəhər və Xətai rayon İcra hakimiyyətlərinə tikilmiş hasarın sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə 25 iyul 2019-cu il tarixli məktubları təqdim olunub. Eləcə də Bakı şəhər İcra Hakimiyyəti Aparatı rəhbəri cənab Həbibullayev də Xətai rayon İcra Hakimiyyətinin birinci müavininə konkret faktla bağlı tədbir görülməsi rəsmi məktubla tapşırılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə isə torpağı zəbt olunmasilə əlaqədar baş vermiş özbaşnalığın yerində araşdırılması işi ərzi üzrə Xətai RPİ-nin 34-cü PB-nə tapşırılıb".
"Görün varlanma bu adamları göyün neçənci qatına qaldırıbsa, hətta bu gün ölkə prezidentındən belə çəkinmirlər. Göstəriş verirlər və qanunsuz zəbt edilən 0.4 ha ərazi bir saatın içində sökülə bilər. Amma digər tərəfdən İlqar və Yusif adlı ortada olan və görünən maklerlərin sözündə hələlik bir balaca həqiqət işarəsi sezilməkdədir. Belə ki, aradan 20 gün vaxt keçsə də rəsmi dövlət qurumlarından bir-ikisi söküntü barədə konkret göstəriş versələr də, elə bil rezin top divara dəyib geri qayıdır. Digər rsəmi orqanlar da susmağa üstünlük verirlər. Qoy sussunlar".

Ş.Ağəliyev qeyd edir ki, SOCAR torpaqlarını qanusuz zəbt edən Yusif və İlqar Nizami rayon İcra Hakimiyyəti başçısı Arif Qasımova yaxın adamlardır: "Nizami rayonu ərazisində hündürmərtəbəli evlərin və kommersiya obyektlərinin tikintisi işlərinə baxırlar. Yaşadığım yerin yanında qonşular kimi mən də ev tikmək üçün 4 sot torpaq sahəsini hasarlayıb bağ kimi istifadə edirdim. Həmin ərazidən istifadə etmək üçün SOCAR-a yazdığım ərizəyə 2009-cu ildə cavab olaraq bildirdilər ki, ərazi sənaye obyekti olduğu üçün şəxsi istifadəyə vermək olmaz. Lakin yataqxana veriləcəkdir. O zaman SOCAR Neft kəmərləri İdarəsi rəisi Zöhrab da mənə söz verdi ki, narahat olma əgər sənin 4 sot torpağından kimsə şəxsi məqsəd üçün istifadə etsə, səninlə hesablaşacaq, halallıq alacaqlar. Budur, bir neçə gün əvvəl Xətai rayonun Babək prospektində, "Neft Emalı” Zavodunun yanacaq rezervuarları ilə "Arzu” şadlıq evi arasında olan, digər tərəfi NZS qəsəbəsindən İlham Məmmədov küçəsinin kəsişməsindəki 0,38 ha ərazidə yerləşən yüksək gərginlikli iki nəhəng dəmir konstruksiyalı elektrik dirəklərinin yeri dəyişilib, həmin torpaq sahəsini isə eləcə də mənə məxsus olan və kənarları hasarlanmış 0,04 ha ərazi dağıdılıb və mənimsənilib. Yəni mənim hasarımı özbaşına uçuraraq yenisini səliqə ilə tikiblər".
"Tezliklə öyrəndim ki, mənə məxsus olan 4 sot torpaq sahəsinin zəbt edən Yusif adlı şəxs SOCAR–ın sabiq Neft Kəmərləri rəisi olmuş Zöhrabdan alıb. Yusif mənə bildirdi ki, biz Zöhraba milyonlarla pul verib bu ərazini almışıq. Get, Zöhrabla haq-hesabını çək! Etirazımı bildirdim və özümə yaxın adamalarla mübahisənin halallıqla yekunlaşmasını istədim. Ərazidə aparılan müzakirə zamanı torpaq sahəsini alan və ortalıqda olan əsas fiqur hesab edilən Yusif makler İlqarla mənim doğma dayılarım olan Asəfin, Alovun və dostum 1-ci qrup Qarabağ Müharibəsi əlili Daşdəmirin yanında etiraf edilər ki, bəli, bu torpağa görə biz Zöhraba çox ağır pul vermişik. Bu sahədə olan dəmir konstruksiyalı elektrik dirəklərinin yerinin dəyişilməsi üçünsə hər birinə 250000 manat pul vermişik. İkisinə isə 500000 AZN. Onu da bilin ki, bu torpağa görə pulları xərcləyənlər generallar və icra başçısıdır. Ona görə də yaxşısı budur ki, sən burada bizimlə torpaq mübahisəsi eləmə, yoxsa səni atacaqlar içəri. Bildinmi? Əgər mən bir SOCAR işçisi kimi bu torpaqdan qonşuluqda olan başqaları kimi 20 ildir ki, ev tikmək üçün istifadə edə bilmirdimsə, onda bu kənar şəxslər necə olur ki, SOCAR ın sənaye kateqoriyalı ərazisinə milyonlar verib sənəd ala bilirlər, elektrik dirəklərini özbaşına yarım milyon rüşvət verib yerini dəyişdirirlər, torpağı hasarlayıb ildırımsürətilə hansısa obyektin tikintisinə başlayırlar? Doğrudanmı ölkədə bu dərəcədə dərəbəylik baş alıb gedir? Babək prospektinin həmin ərazisində 1 sot torpağın qiyməti 100000 manatdır. Onu da xatırlatmaq yerinə düşərdi ki, torpağı adı hələlik bizə məlum olmayan generallara satan SOCAR Neft Kəmərləri İdarəsinin rəisi olmuş Zöhrab bir neçə il əvvəl Xətai rayon İcra Hakimiyyəti başçısısnın 1-ci müavini, əslən Gürcüstandan olan Zaməddin müəllimə qarşı fiziki kobudluq etdiyinə görə SOCAR vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən işdən qovulub. İndi necə olur ki, həmin Zöhrab mənə məxsus olan torpaq sahəsilə birlikdə "Neft Emalı” zavodunun torpağını dədəsinin malı kimi satır? Kim verib işdən qovulan bu adama makler səlahiyyətini?".
Məsələ ilə bağlı Xətai rayon İcra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı. 





Загрузка...
Загрузка...

Xəbər lenti