Dövlət qəzetinin redaktorunun xanımı və qızı intihar edib

Dövlət qəzetinin redaktorunun xanımı və qızı intihar edib
Загрузка...
Bakı Şəhər Prokurorluğu ana ilə qızının intiharı ilə bağlı məlumat yayıb. Criminal.az-a daxil olan məlumatda bildirilir ki, bu gün paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və sonuncunun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar etmələri faktı üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilmiş və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya verilən məlumata görə, intihar edən R.Allahverdiyeva "Respublika" qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı, X.Mahmudova isə qızıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti