Dövlət ittihamçısı Aqil Hümbətova 10 il iş istədi

11 Noyabr 2021, 22:33
11 Noyabr
2021
22:33
1386
Növbəti prosesdə cəbhəçi son söz deyəcək
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin üzvü Aqil Hümbətovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı Aqil Hümbətovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokurordan sonra çıxış üçün Aqil Hümbətovun vəkili Nemət Kərimliyə söz verilsə də, müdafiəçi vaxt istəyib. Vəkilə noyabrın 15-nə qədər vaxt verilib.
Noyabrın 15-də vəkilin çıxışından sonra Aqil Hümbətov son sözünü deyəcək. Daha sonra hökm elan olunacaq.
Aqil Hümbətov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham olunur. İddia olunur ki, o, zərərçəkmiş qismində tanınan Yamən Məmmədov adlı şəxsi bıçaqlayıb.
Lakin AXCP fəalı özünü təqsirli bilmir. O, sosial şəbəkələrdə tənqidi çıxışlarına, uşaqpulu tələbinə görə şəxsən Prezident İlham Əliyevin sifarişilə şərlənib həbs olunduğunu deyir.
Aqil Hümbətov bildirib ki, Yamən Məmmədov onun şərlənməsi planının icraçısıdır. Məmmədovun ailə üzvləri də bu işdə onun yardımçılarıdır. AXCP fəalının sözlərinə görə, o, heç kimi bıçaqlamayıb. Məmmədovlar ailəsi hadisə günü onu zibillərini atmaq üçün telefonla çağırıblar. Onlara gedib çatandan bir neçə dəqiqə sonra Yamən Məmmədov həyətdə səs-küy salıb, daha sonra bıçaqla özünə xəsarət yetirib. Dərhal da ora polislər gəlib və onu Yamən Məmmədovu bıçaqlamaqda ittiham edərək, polis idarəsinə aparıblar.
Cəbhəçi fəalın sözlərinə görə, polis idarəsində ona işgəncə verib, zorlamaqla hədələyib, öz əleyhinə olan yalan ifadəni imzalamağa məcbur ediblər.
Aqil Hümbətov küçədən yığdığı tullantıları çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı.
Aqil Hümbətov 2020-ci martın 29-da "Facebook” hesabından tənqidi çıxışlarından birindən sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada onu üç ay məcburi saxladıqdan sonra buraxıblar.
Aqil Hümbətova ondan əvvəl də inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır. Həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Məhkəmə
FHN Hospitalının baş həkiminə hökm oxundu
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!