Düşmənin tabor komandiri itkin düşdü, qərargah rəisi yaralandı

Düşmənin tabor komandiri itkin düşdü, qərargah rəisi yaralandı
 Ermənistan ordusunun tabor komandiri itkin düşüb. Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Sosial şəbəkələrdə erməni komandir Mher Stepanyanın fotosunu paylaşan aktyor Sargis Qriqoryan yazıb:
"Sağdakı tabor komandirim Mher Stepanyan, soldakı tabor qərargahımın rəhbəri Samvel Abqaryandır. Komandirim itkin düşdü, Abqaryan isə yaralandı”.

Xəbər lenti