Dünyasını dəyişən mayor məşhur generalın bacısı oğludur

Dünyasını dəyişən mayor məşhur generalın bacısı oğludur
Загрузка...
Xəbər verdiyimiz kimi, Azərbaycan prezident İlham Əliyevin medal verdiyi zabitini itirdi. Criminal.az xəbər verir ki, Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş zabit, mayor Ceyhun Salmanov dünyasını dəyişib. O, məşhur polis general-mayoru Ərzuman Əliyevin bacısı oğludur. Ə.Əliyev bir neçə il əvvəl təqaüdə çıxıb.
Xatırladaq ki, C.Salmanov 2018-ci ilin mart ayında qasıq-limfa düyünlərinin şişməsi nəticəsində Mərkəzi Klinik Hospitalda əməliyyat olunmuşdu. Limfa düyündə anaplastik karsinoma metastası diaqnozu qoyulmuşdu.
Bundan sonra 2018-ci il iyulun 1-də ordudan xəstəliyimlə əlaqədar təxris olunmuşdu. C.Salmanov ötən ilin aprelində Criminal.az vasitəsilə Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edərək kömək istəmişdi. Bildirmişdi ki, ayağı tam şişib, yerimə qabliyyətini itirib. Müdaxilə olmazsa, bir müddət sonra yerişini tam itirəcəyini demişdi. Nazirliyin Tibb Baş İdarəsində Türkiyənin Gülhanə Hospitalına göndərilməyi üçün sənədlərini hazırlasa da, buna müvəffəq ola bilməmişdi. Dəfələrlə müdafiə naziri Zakir Həsənovun qəbuluna düşmək istəmişdi, cəhdi baş tutmadığından ailəsinin və yaxınlarının köməkliyi ilə Gülhanə Hospitalına getmişdi. Lakin orada da müalicəsi uğursuz olan zabit ötən gün dünyasını dəyişdi.

Xəbər lenti