Dünyanın ən yaxşı hərbi pilotu Ukraynada döyüşdə şəhid oldu

Dünyanın ən yaxşı hərbi pilotu Ukraynada döyüşdə şəhid oldu
Dünyanın ən yaxşı qırıcı təyyarə pilotlarından biri, ukraynalı polkovnik Aleksandr Oksançenko hava döyüşündə ölüb. Criminal.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, düşmən aviasiyasını öz üzərinə yönləndirdiyi zaman həlak olub.
Prezident Volodimir Zelenski polkovnik Oksançenkonu ölümündən sonra "Ukrayna Qəhrəmanı” adı ilə təltif edib. A. Oksançenkonun 2 mindən çox uçuş saatı olub. O, ən çətin manevrləri, elementləri uğurla həyata keçirib. "SIAF”, "The Royal International Air Tattoo”, "International Airshow-2017”, "Czech International Air Fest” aviaşoularında uçuşları ilə məşhurluq qazanıb.

Xəbər lenti