Dünyanın ən bahalı maşını parça-parça oldu - VİDEO

Dünyanın ən bahalı maşını parça-parça oldu - VİDEO

Almaniyada Nyurinburqrinq yarış yolunda tarixdə ən bahalı yol qəzası baş verib. “Koenigsegg”un pilotu 5,2 milyon dollar dəyərində “One:1” superkarı ilə qəza törədib. Criminal.az saytı oxu.az-a istinadən xəbər verir ki, avtomobil “layihənin inkişafı üzərində iş” çərçivəsində qəzaya uğrayıb.

Onun sürücüsü dövrə vurmaq üzrə rekord vurmağa cəhd edib. Kadrlardan görünür ki, avtomobil səddə çırpılıb. Superkarın hansı sürətlə hərəkət etdiyi dəqiqləşdirilmir. “Koenigsegg One:1” səkkizsilindirli beşlitrlik iki turbinli mühərriklə təchiz edilib. “One:1” 400 km/s sürəti 20 saniyəyə yığır. Hazırda dünyada bu unikal avtomobildən beş dənədir. 

Criminal.az

Xəbər lenti