Dünyada ən çox axtarılan terrorçu öldürülüb

Dünyada ən çox axtarılan terrorçu öldürülüb
Загрузка...

ABŞ Yəməndə əməliyyat keçirib

ABŞ hərbçiləri yəmənli terrorçu Camal Əhməd Məhəmməd Əli əl-Badavini öldürüblər.

Bu barədə ABŞ prezidenti Donald Tramp"Twitter” mikrobloqunda yazıb. 

"Əl-Qaidəyə qarşı işimiz davam edir. Biz radikal islam terrorizmi ilə mübarizəmizi dayandırmayacağıq”, D.Tramp yazıb.

"CNN” telekanalı hərbçilərə istinadən bildirib ki, əl-Badavi yanvarın 1-də Yəmənin Marib vilayətində aviahücum nəticəsində öldürülüb. Məlumata görə, terrorçu əməliyyat zamanı maşında tək olub.

Əl-Badavi 2000-ci ildə Adena limanında "Koul” (USS Cole) hərbi gəmisinə hücumun təşkilatçılarından biri olub. İki kamikadzenin idarə etdiyi partlayıcı ilə təmin edilmiş mühərrikli qayıq gəmiyə hücum edib. Partlayış nəticəsində 17 amerikan dənizçisi ölüb, 39 nəfər yaralanıb. O zamandan ABŞ Federal Təhqiqatlar Bürosunun siyahısına əl-Badavi ən çox axtarılan şəxs kimi düşüb. Onun barəsində informasiyaya görə 5 vilyon dollar mükafat vəd edilmişdi.

2004-cü ildə Yəməndə onun barəsində ölüm hökmü çıxarılıb. Sonradan onun cəzası ömürlük həbslə dəyişdirilib. Bir neçə dəfə o, cəzaçəkmə müəssisəsindən qaçıb. 2007-ci ildə onu yerli haklimiyyətə loyal qalmaq şərti ilə azadlığa buraxıblar.

Загрузка...
Загрузка...

Xəbər lenti