Dünya azərbaycanlıları Mübariz Mənsimova azadlıq üçün proqram hazırlayıb

Dünya azərbaycanlıları Mübariz Mənsimova azadlıq üçün proqram hazırlayıb
Загрузка...
Dünya azərbaycanlıları Mübariz Mənsimova azadlıq üçün proqram hazırlayıb. Criminal.az həmin proqramın fəaliyyət planını təqdim edir:
1. Mübariz Mənsimova qarşı məhkəmə prosesini başlatmış SOCAR və LUKOİL şirkətlərindən benzin almağa son verilir.
2. Аzərbaycan, Türkiyə və yaşadığınız ölkənin lidərlərinə məktub yazaraq Türkiyədə Mübariz Mənsmova qarşı haksızlığa etiraz edilir.
3. Аzərbaycan, Türkiyə və yaşadığınız ölkənin liderlərinə yazılan məktublar poçt, teleqram və liderlerin İnternet səhifələrindeki müraciət formaları ilə göndərilir.
4. Maşınlarınızın şüşələrində, evlərin pəncərələrində, dükanların vitrinlərində, sosyal şəbəkələrdəki profil şəkillərində və statuslarda "MUBARİZ MƏNSİMOVA AZADLIQ” yazılmış şəkilləri paylaşılır.
5. SOCAR və LUKOİL şirkətlərinin İnternet adreslərində, sosyal şəbəkələrdəki adreslərindəki son paylaşmalarda "MUBARİZ MƏNSİMOVA AZADLIQ” yazılmış şəkilləri paylaşılır.
6. Türkiyə prezidenti Rəcəp Tayyıp Erdoğanın sosyal şəbəkələrindəki adreslərindəki son postların komentlərində "MUBARİZ MENSİMOVA AZADLIQ” yazılmış şəkilleri paylaşılır.
7. "MUBARİZ MƏNSİMOVA AZADLIQ” mövzulu ən çox bir dəqiqəlik videomüraciətlər çəkilərək +79268878833 nömrəli whatsappa göndərilir və MİSRA TV kanalında yayımlanmaq üçün montajlanır.
8. Аzərbaycan, Türkiyə və yaşadığınız ölkənin lidərlərinə hazırlanan "MUBARİZ MƏNSİMOVA AZADLIQ” mövzulu məktublar sabahdan etibaren Türkiyenin bütün səfirliklərinin və konsolluqlarının binalarının önündə üç ayrı kağızda imzalanaraq göndərilir.
9. Türkiyedəki SOCAR və LUKOİL şirkətlərinin mərkəzi ofislərinin önündə toplanaraq bu şirketlərin yönəticilərinə "MUBARİZ MƏNSİMOVA AZADLIQ” mövzulu məktublar imzalanaraq verilir.
10. Türkiyənin Azərbaycanın və yaşadığının ölkələrin mətbuatında, televiziya və radiolarında, İnternet səhifələrində "MUBARİZ MƏNSİMOVA AZADLIQ” mövzulu çıxışlar edilir. MÜTLƏQ ŞƏKİLDƏ "MUBARİZ MƏNSİMOVA AZADLIQ” MÖVZULU APARDIĞINIZ BÜTÜN FƏALİYYƏTLƏRİN FOTO VƏ VİDEO GÖRÜNTÜLƏRİNİ +79268878833 NÖMRƏLİ WHATSAPPA GÖNDƏRİN! 
Xatırladaq ki, İstanbul Ədliyyə Məhkəməsi martın 17-də Mübariz Mənsimov barəsində həbs qərarı verib. 

Xəbər lenti