Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü

Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü
Загрузка...
Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb. APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib. Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.
Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti