Dubayda müəmmalı şəkildə yoxa çıxan iş adamının anası: “General ləqəbli Əhməddən şübhələnirəm...” Dubayda müəmmalı şəkildə yoxa çıxan iş adamının anası: “General ləqəbli Əhməddən şübhələnirəm...”

Dubayda müəmmalı şəkildə yoxa çıxan iş adamının anası: “General ləqəbli Əhməddən şübhələnirəm...”
Загрузка...
"Qızım dedi ki, ana Teymur puldan ötrü Elçini öldürdü"
İki ilə yaxındır ki, Dubayda müəmmalı şəkildə yoxa çıxan və günə qədər barəsində heç bir xəbər olmayan iş adamı Elçin Hacıyevin anası Hacıyeva Xanım Hüseyn qızı Azinforum.az saytına sensasion müsahibə verib. Ana ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, onlardan oğlunun ölüsünün və ya dirisinin tapılması üçün kömək istəyir.
"Elçini evdən oğurlayıblar. Teymurla danışdım, şübhəli danışdı. Qızım dedi ki, ana Teymur puldan ötrü Elçini öldürdü. Bilet alıb Dubaya getdim. Teymur məni qarşılayıb evə apardı. Elçinin saatı evdə idi. Pulqabı boş idi. Elçinin ayaq izləri vardı"-deyə X.Hacıyeva bildirib.
Xanım Hacıyeva bildirir ki, oğlunun itməsində şübhəli sayılan şəxslərlə bağlı heç bir istintaq hərəkəti aparılmır. Çünki hadisə Azərbaycanda deyil, Dubayda baş verib. Dubay polisi isə hazırda Azərbaycanda olan şübhəli adamların Birləşmiş Ərəb Əmirliklərinə təhvil verilməsini istəyir.
Şikayətçinin dediyinə görə, bunun üçün Dubay polisi və həmin ölkənin əlaqədar qurumları Azərbaycana heç bir rəsmi müraciət etmirlər. Xanım Hacıyeva oğlunun yoxa çıxmasında Dubaydakı güc strukturlarında çalışan, "General" ləqəb ilə tanınan Əhməd adlı birini də şübhəli sayır. 
Müsahibədə adı hallanan Teymur keçmiş müstəntiqlərdən birinin oğludur.  
Загрузка...
Загрузка...

Xəbər lenti