Dubaya qaçan "mama roza" fəryad edir: "Oğlum burda ölüb, cənazəsini götürüb Azərbaycana qayıda bilmirəm" Dubaya qaçan Dubaya qaçan

Dubaya qaçan
Загрузка...
Azərbaycanın qadınları fahişəliyə cəlb etmə ittihamı ilə axtarışa verdiyi 34 yaşlı Elvin Hüseynzadə Dubayda dünyasını dəyişib. Onun eyni ittihamla axtarışda olan və hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olan anası Sevda Həsənova Kanal13-ə müraciət edərək oğlunun cənazəsini Azərbaycana gətirib dəfn edə bilmədiyini bildirib: 

"2017-ci ildə interpol xətti ilə axtarışa verdilər. Burda 3 ay saxladılar, sonra arxasınca gəlmədilər. Bir il müddətinə nə işi oldu, nə vizası oldu. Etmədiyimiz şeyi üstümüzə yıxılıblar. Balamın fikirdən ürəyi partladı. Dövlət adamları səsimisə səs vermədi. Pulum olmadı qurtarım. Etmədiyim iş üçün 40 min dollar istədilər. Özüm də axtarışdayam. Balalarımı, oğlumun meyidimi əlimə alıb bu ölkədən çıxa bilmirəm. Bir balamı qurban etdilər öz tamahlarına. Başqalarından pul alıb şərin balamın üstünə tökdülər. Yetimim qalıb morqda. Meyidimi götürüb Azərbaycana gələ bilmirəm. Axtarışa vermişdinizsə niyə arxasında gəlmədiniz? Əgər günahkar idisə niyə gəlmədiniz? Həkimə aparmağa pulum olmadı. 34 yaşlı balamı qurban etdilər".  

43 yaşlı S.Həsənova Lənkəran şəhərində anadan olub. Bakı şəhər sakinidir və qadınları fahişəliyə cəlb etdiyi üçün barəsində axtarış elan edilib. 
 
Загрузка...
Загрузка...

Xəbər lenti