DTX-ya aparılan icra başçısı Zakir Fərəcovun qohumudur

DTX-ya aparılan icra başçısı Zakir Fərəcovun qohumudur
Ötən gün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovla bağlı maraqlı faktlar üzə çıxıb. Criminal.az saytının əldə etdiyi məlumata görə, N.Zeynalov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın qohumudur. N.Zeynalov cənab Fərəcovun qudası Akif Zeynalovun qardaşıdır. 

Xatırladaq ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Namiq Zeynalovun saxlanılaraq Bakıya gətirildiyi bildirilirdi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Xəbər lenti