DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb

19 Yanvar 2021, 17:21
19 Yanvar
2021
17:21
222
Bir vaxtlar hazırki Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevi 200 min dollarlıq rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri Bəybala Hüseynov özü anoloji əməldə günahlandırılır. Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava 108Q ünvanında yaşayan Manafova Rahibə Həmidağa qızının Criminal.az saytına göndərdiyi şikayət məktubunda 239 min manat pulunun saxta sənədlərlə Badamdar qəsəbəsinin keçmiş bələdiyyə sədri Bəybala Hüseynov və Badamdar qəsəbəsinin keçmiş icra nümayəndəsi Həsən Qasımzadə, o cümlədən sözü gedən ərazidə daşınmaz əmlakın satışı ilə məşğul olan Məmmədov Sirac Sayəddin oğlu tərəfindən fırıldaq yolu ilə qeyr-qanuni mənimsənildiyini iddia edir.
Şikayətçi ərizəsində qeyd odib ki, mərhum həyat yoldaşı Azad Manafov yaxın qohumu Səyavuş Aslanovun vasitəsilə S.Məmmədovla tanış olublar. S.Məmmdov da onları Badamdar qəsəbəsi 3-cü yaşayış massivində torpağını satışa çıxaran Namiq Seyidovla tanış edib. Əvvəlcə ondan 0,6 ha torpaq sahəsi alıblar. Bu torpaq sahəsinin sənədi olub. Azad Manafovun Elmlər Akadmiyasındakı həyət evinə görə külli miqdarda pul aldığını bilən Səyavuş Aslanov Sirac Məmmədov və Namiq Seyidovla əlbir olaraq həmin ərazidəki başqa torpağı da almaq üçün də onu dilə tutub yola gətiriblər.
Beləliklə, Azad Manafov 0,6 ha sənədli olmaqla ümumi 0,13 ha torpaq üçün Namiq Seyidova 164 min manat pul verib, o şərtlə ki, qalan 0.7 ha torpağın da sənədini verəcək. Bundan sonra Azad Manafov həmin sənədsiz torpağa sənəd almaq üçün Badamdar qəsəbəsinin keçmiş bələdiyyə sədri Bəybala Hüseynov və Badamdar qəsəbəsinin keçmiş icra nümayəndəsi Həsən Qasımzadə ilə tanış olub.
Onlar əvvəlcə bu torpağa 40 min manata kupça verməyə razılıq versələr də, sonradan pulu qaytararaq alınmadığını deyiblər. Bunu əvəzinə onlar da Səyavuş Aslanov və Sirac Məmmədovla əlbir olub, Azad Manafovun etibarından sui istifadə edərək həmin ərazidə 0,12 ha torpağı saxta sənədlərlə ona 153 min manata satıblar.
Beləcə ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi üçün 317 min manat xərcləyən Azad Manafov az müddət ərzində 50 min manat gəlir əldə edəcəyini düşünsə də, az sonra aldadıldığını anlayıb. Buna görə möhkəm əsəbləşən A.Manafov işemik insult keçirərək dünyansını dəyişib.
Həyat yoldaşının vəfatından sonra R.Manafova vaxtilə aldıqları torpaqların başqası tərəfindən hasara alındığını öyrənib.
Sonradan məlum olub ki, həmin torpaqlar onlardan xeyli əvvəl 2005-ci ildə həmin adama sənədlə satılıb. Belə çixir ki, Badamdar Bələdiyyəsinin kecmiş sədri Bəybala Hüseynovla Badamdar qəsəbəsinin keçmiş icra nümayəndəsi Həsən Qasımzadə Azad Manafova saxta sənədlər verib.
Hazırda, Sirac Məmmdəov günahı Badamdar Bələdiyyəsinin kecmiş sədri Bəybala Hüseynovla Badamdar qəsəbəsinin keçmiş icra nümayəndəsi Həsən Qasımzadə üstünə yıxır. Onlar da vəzifələrindən getdiyi üçün Badamdar qəsəbəs bələdiyyəsinin yeni sədri də həmin sənədlərin saxta olduğunu əsas gətirib Rahibə Manafovaya məhkəməyə müraciət etməyi məsləhət bilib.
B.Hüseynov Criminal.az-a açıqlamasında bildirdi ki, sözügedən məsələ artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılır: "Bu işlə bağlı həmin idarədə oldum. Şikayətçi Rahibə Manafova ilə üzləşmə oldu. O xanım məni tanımadığını dedi. Orada da etiraf etdi ki, Bəybala Hüseynovluq iş yoxdur. Yoldaşı pulu Sİrac Məmmədova verib. Əgər şikayətçi məni günahkar hesab etsəydi, başqa faktlar ortaya qoyacaqdım. Həmin hadisə baş verən zaman mən ümumiyyətlə bələdiyyə sədri olmamışam, heç ölkədə olmamışam. Bandotdeldə Sıraca zəng edildi. Sirac da dedi ki, Bəybalalıq iş yoxdur. Yəqin ki, bu işlə bağlı o vaxt icra nümayəndəsi işləyən, hazırda Fövqəladə Hallar Nazirliyində çalışan Həsən Qasımzadə gəlib Bandotdeldə ifadə verəcəkbandotedldə oldum . üzlə.dim. qadın məni tanımadı. Hsən də ifadə verəcək".
R.Manafovanın vəkili Vüsal Kazımzadə Criminal.az-a bildirdi ki, BMCMİ-də keçirilən üzləşmədə iştirak edib. Onun sözlərinə görə, üzləşmə zamanı R.Manafova pulu mərhum həyat yoldaşı Sirac Məmmədova, sonuncu isə Həsən Qasımzadəyə verib. H.Qasımzadə isə B.Hüseynovun iş otağına gedib gələndən sonra torpaq sahəsi üçün sənədləri onlara təqdim edib. S.Məmmədov da izahatında pulları B.Hüseynova deyil, H.Qasımzadəyə verdiyini təsdiqləyib.
Xatırladaq ki, B.Hüseynov bir müddət əvvəl DTX-nın rəisi Əli Nağıyevi ondan 200 min dollar rüşvət müqabilində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə düzəltməkdə ittiham etməklə gündəmə gəlmişdi. B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub. Onun dediyinə görə, Emin Hüseynovu münasib bir işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşüb.
B.Hüseynovun Criminial.az-a müsahibəsindən sitat: "O halda general Əli Nağıyev dedi kı, mən yuxan ilə məsləhətləşib sənə bir söz deyərəm. Bir-iki ay keçdikdən sonra o, məni yanına çağırıb "İşi danışmışam, 200 min ABŞ dolları məbləğində pul istəyirlər” dedi. Qohum-əqrəbadan, dost-tanışdan borca pul götürüb həmin məbləği generala çatdırdım və "oğlumun işi nə olacaq?” deyə ona sual etdim. O cavabında bildirdi ki, oğlun əvvəlcə texniki işçi, bir ildən sonra isə rütbə verilməklə müstəntiq vəzifəsinə işə keçiriləcək. Daha sonra oğlum həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb. Bu işin başında Korupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi dayanıb. Ehtimal edirəm ki, oğlumun ölümünün əsas səbəbi onun işə götürülməsi zamanı alınmış 200 min dollar rüşvətdir. Məqsəd işə qəbuldakı qanunsuzluğun izini itirmək, oğlunun ştatın boşaldıb yerinə başqa adam götürmək olub, bunu da ediblər".


Xəbər lenti
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Sənəd, Cəmiyyət
Həbs olunan Qarabağ qazisinin atası: Bilmirəm, yanına gedim, yoxsa körpələrinə baxım...
-
Sənəd, Cəmiyyət
DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
Sənəd, Cəmiyyət
İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
Sənəd, Cəmiyyət
"Özümü öldürmə həddinə çatdırılmışam" - HƏBSXANADAN PREZİDENTƏ MƏKTUB
-
Sənəd, Cəmiyyət
İntihar etmiş müəllimənin ailəsi istintaqdan narazıdır
-
Sənəd, Cəmiyyət
Qalib Salahzadənin əmlakını qəsb etdiyi vətəndaş Baş Prokurorluğun qarşısında aksiya keçirəcək
-
Sənəd, Cəmiyyət
Bakı sakini: "DSMF–də deyirlər ki, get, 67 yaşın olanda gələrsən müraciət edərsən"
-
Sənəd, Cəmiyyət
"Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib"
-
Sənəd, Cəmiyyət
“Qoca Səmədovun oğlu məni şirkətə buraxmır”