DTX rəisi ilə bağlı şikayət rədd edildi

DTX rəisi ilə bağlı şikayət rədd edildi
Загрузка...
Bakı Apellyasiya Məhkəməsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəis müavini Əli Nağıyevə qarşı rüşvət iddiası ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb. Hüquq müdafiəçisi Elçin Məmmədin Criminal.az saytına verdiyi məlumata görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilmiş prosesdə yerli məhkəmənin qərarı qüvvədə saxlanılıb.
 
Hüquq müdafiəçisi deyir ki, bundan öncə keçmiş rəis müavini və hazırda DTX rəisi olan Əli Nağıyevə qarşı rüşvət iddiasının araşdırılması ilə bağlı Baş Prokurorluğunun hərəkətsizliyindən Səbail rayon Məhkəməsinə müraciət edilib. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilmiş prosesdə cinayət təqibini həyata keçirən orqan olan prokurorluqla bağlı məhkəmə nəzarəti qaydasında verilən şikayətin icraata qəbul edilməsindən imtina olunub.

''Yaxın zamanda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Qeyd edim ki, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı mərhum Emin Hüseynovun işə düzəlməsi üçün verilmiş rüşvət iddiasının araşdırılması üçün prokurorluğa şikayət etmişdik. Bu ilin mayında verilmiş şikayət ərizəsində cinayət faktı kimi Əli Nağıyevin mərhumun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işə düzəlməsi üçün atası Bəybala Hüseynovdan aldığı rüşvət faktının araşdırılaraq müvafiq tədbirlərin görülməsi və dəymiş ziyanın ödənilməsi tələb olunurdu''-dyə E.Məmməd vurğulayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti