DTX-nın polkovniki həbs edilib

DTX-nın polkovniki həbs edilib
Загрузка...
Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin rəisi həbs edilib. Criminal.az saytının əldə etdiyim məlumata görə, şöbə rəisi, polkovnik Elxan Alışov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma ) maddəsi ilə təqsirləndirilir.
Cinayət işinin istintaqı artıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. Hazırda E.Alışovun cinayət işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır.
Məhkəmədən Criminal.az saytına bildirlidi ki, işə hakim Vüqar Əhmədovun icraatındadır. Ondan başqa daha 2 nəfər də təqsirləndirilir.
Criminal.az saytının əldə etdiyi məlumata görə, E.Alışov həbs edilməmişdən bir meddət əvvəl təqaüdə çıxması ilə bağlı müraciət edibmiş.
DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev Criminal.az saytına E.Alışovun həbs edilməsini təsdiqləməyib. Bildirib ki, DTX-nın heç bir rayon şöbəsinin rəisi həbs edilməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti