DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu

DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu
Загрузка...
 General-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub. Bu barədə "MediaPost” məlumat əldə edib.
Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev isə vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. DSX-nın mətbuat katibi Rövşən Cahangirov təyinatları təsdiqləyib. Xatırladaq ki, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.

Xəbər lenti