DTX-nın Ağdamdakı MTN çetesinə qarşı əməliyyatının sensasion təfərüatları DTX-nın Ağdamdakı MTN çetesinə qarşı əməliyyatının sensasion təfərüatları

DTX-nın Ağdamdakı MTN çetesinə qarşı əməliyyatının sensasion təfərüatları
Загрузка...
"Ağ vərəkləri stolun üstünə qoyaraq deyiblər ki, bura imza atmasanız sizi bir-birinizin gözü qarşısında zorlayacağıq"  
Hazırda Bakı Apellyasiya Məhkəməsində məktəb direktorunun həyətinə silah-sursat qoymaqda təqsirləndirilən şəxslərin şikayətinə baxılır. Həmin şəxslər Ağdam rayonu Yüzbaşı kənd məktəbinin riyaziyyat müəllimi Vüsal Əliyev, onun yeznəsi Rizvan Mirzəliyev və sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudovun mətbuat qanadının üzvlərindən biri olmuş Elnur Vaqifoğludur.
hazırda məhkəmə qarşısında olan şəxslərin işi ilə bağlı yada salaq ki, 2018 il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi birgə əməliyyat keçirib. Əməliyatçılar 1-ci Yüzbaşlı kənd məktəbinin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança, 2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

Elnur Vaqifoğlu 
Aparılan araşdırmalar zamanı əməliyyat məlumatının hüquq-mühafizə orqanlarına qəsdən ötürüldüyü, silah-sursatın Polad Zeynalova məxsus olmaması məlum olub. Daha sonra istintaq müəyyən edib ki, P.Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb. Bir müddət əvvəl Yüzbaşı kənd məktəbinin direktoru vəfat edib və onun yerinə oğlu Polad Zeynalov təyin edilib. Bundan sonra məktəbin direktoru ilə orada müəllim işləyən Vüsal Əliyev arasındakı əvvəldən gərgin olan münasibətlər daha da gərginləşib. Ədavət zəminində V.Əliyev direktorun həbs edilməsinə çalışıb və dostu Elnur Vaqifoğlu ilə birgə plan hazırlayıblar. Bu işdə onlara V.Əliyevin bacısının həyat yoldaşı Rizvan Mirzəliyev də kömək edib və onlar əldə etdikləri silah-sursatı gizli yolla Polad Zeynalovun evinin həyətində basdırıblar.
Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat ötürülüb. Məlumata görə, direktorun işdən çıxarılması və həbs edilməsi üçün planın əsas müəllifi olan Elnur Vaqifoğlu bölgədə jurnalist kimi tanınır və bir neçə saytın rəhbəridir. 

Hüzürə Əliyeva 
Məlum cinayət hadisəsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq Criminal.az saytının yenidən bu məsələyə qayıtmasına təqsirləndirilən Vüsal Əliyevin anası Hüsürə Əliyevanın sayta müraciətindən sonra zərurət yaranıb. Valideynin müraciətindən aydın olur ki, ötən ilin səs-küylü cinayət hadisəsi qeyri-müəyyənliklərlə doludur.
H.Əliyeva yazır ki, hər şey oğlu Vüsalın işlədiyi məktəbdəki özbaşınalıqla bağlı yazdığı şikayətlərdən başlayıb. Hələ oğlunun həbsindən əvvəl Yüzbaşı kənd orta məktəbindən şikayətlər etsələr də, Təhsil Nazirliyinin Tərtər regional şöbəsində ört-bastır edilib. Onun fikrincə, regional şöbə öz vəzifəsinin öhdəsinən vaxdında gəlsəydi, Ağdam təhsilində qanunsuzluqlar belə baş alıb getməzdi:
"Ağdam Təhsil Şöbəsinə 2015-ci ilin noyabr ayının 16-da müdür təyin edilmiş Misirxanov Mətanət həmin vəzifəyə gətiriləndən sonra Ağdam təhsili bərbad vəziyyətə düşməyə başladı. Təhsil naziri Ceyhun Bayramovun imzası ilə 19.03.2018-ci il tarixli K-251 nömrəli əmrdə də Ağdam təhsilinin Mətanət Misirxanova tərəfindən bərbad vəziyyətdə salınması göstərilib. Ağdam rayonu Birinci Yüzbaşlı kənd tam orta məktəbində son 4 ildə baş verən özbaşınalıq hələdə davam etməkdədir. Məktəbin direktoru Polad Zeynalov məktəbi ailə biznesinə çevirib. Adlarını qeyd etdiyim şəxslər hər biri bu məktəbdə müəyyən postlar tutub. Polad Zeynalovun yaxın qohumlarını təqdim edirəm: 1. Eyvazov Gözəl Şahlar qızı - müavin (direktorun xalası) 2.Əliyeva Şəfəq Oruc qızı - Təlim işləri üzrə müavini (direktorun əmsi qızı) 3.Nəsibov Allahverdi Ədil oğlu - hərbi rəhbər, təqaüddə olan polis (direktorunun bibisinin həyat yoldaşı) 4.Zeynalova Afət Laçın qızı - müəllimə(direktorunun həyat yoldaşı) 5.Zeynalova Adlə Əlşır qızı (direktorun qardaşının həyat yoldaşı, dayısı qızı) 6. Zeynalova Umleyla Şahlar qızı - müəllimə, eyni zamanda kənd uşaq baxçasının müdiri (direktorunun anası) 7.Əhmədov Gültəkin Əhməd qızı - müəllimə (direktorunun xalası qızı)
TEXNİKİ İŞÇİLƏR
1.Təsərüfat müdiri Qasımov İmdad Cəfər oğlu (direktorunun atasının daysı oğlu) 2.Hüseyinov Anar Zakir oğlu (direktorun bibisi oğlu) 3.Nəsibov Nicat (direktorun bibisi oğlu, Nəsibov Allahverdinin oğlu) 4.Nəsibov Türkan kitabxanaçıdır (direktorun bibisinin gəlini, Nəsibov Allahverdinin gəlini) 5.Əliyev Elçın Həsən oğlu (Nəsibov Allahverdinin qardaşının yeznəsi) 6.Hüseyinova Gülnar Dunan qızı (direktorun bibisi gəlini) 7.Əliyeva Xanım - katibə (direktorun bibisi qızının gəlini) Məktəbdəki özbaşınalığına göz yuma bilməyən övladım Vüsal Əliyev məhz zeynalovlar ailəsi tərəfindən müəyyən təziqlərə məruz qalaraq şərlənərək həbs olundu”.
Oğlu həbs edilən ana daha sonra yazır ki, Polad Zeynalovun evindən "Naqan” tipli tapança və digər qanunsuz sursatlar çıxmasına baxmayaraq, rayondakı vəzifəli şəxslərin köməyi ilə həmin silahları Poladın anası Zeynalova Umleyla öz üstünə götürdü. Ağdam rayon Məhkəməsinin hakimi Elşad Bayramov qanunlarımızı pozaraq 1 il 6 ay məcburi əmək verdi. Hal-hazırda həmin Umleyla həm baxça müdiri, həm də həmin məktəbdə müəllimə işləyir.
Direktor Polad Zeynalov Criminal.az saytına açıqlamasında bildirdi ki, iş hazırda məhkəmədədir: "Məhkəmə davam etdiyindən heç nə deyə bilmərəm. İş məhkəmədədir, yəqin təzyiq etmək istəyirlər. Məhkəməyə müraciət edərək cavab ala bilərsiniz. Qohumlarının işləməsi ilə bağlı təhsil Nazirliyi tərəfindən araşdırma aparırlır. Məktəb müəllimləri haqda sizə məlumat verə bilmərəm. Onun yazdığı şər-böhtanlar boğaza qalxıb. Böhtan atmaqdan yorulmadılar”.
P.Zeynalovun sözlərinə görə, Vüsal Əliyev onun həyətində silah-sursat basdırıb:
"Silahın sayı çox idi və məhkəmə hökmündə var. Vüsal tutulub gedib, başqa nə deyə bilərəm ki? Ağdam rayon Məhkəməsi Vüsala 5 il cəza verib. Elnur Vaqifoğlu Vüsalı yönləndirən şəxsdir. 3 ildir bu adamlar canımı boğaza yığıb. Prokurorluq və məhkəmələrə getməkdən yorulmuşam. Elnur Vaqifoğlu əvvəl başladı məndən yazmağa, sonra isə belə plan qurdular”

Vüsal Əliyev 
P.Zeynalov cinayət hadisəsinin necə baş verməsi barədə danışmaqdan imtina etdi. Criminal.az bu istiqamətdə araşdırmasını davam etdirir. Məktəb direktorunun həyətində silah basdırılması ilə bağlı əldə etdiyimiz məlumatları oxuculara təqdim edəcəyik.
Təqsirləndirilən V.Əliyevin qardaşı Cabir Criminal.az saytına tutulan ailə üzvlərinə verilən işgəncələr haqda danışıb: "Bandotdeldə Elnur Vaqifoğlunun dırnaqlarının sədəfin qopartmışdılar. Qardaşımın barmaqların qapı arasında əzərək işgəncə veriblər. Ağ vərəkləri stolun üstünə qoyaraq deyiblər ki, bura imza atmasanız sizi bir-birinizin gözü qarşısında zorlayacağıq. Həbsdən çıxandan sonra özünüzü asıb öldürəcəksiniz. Qardaşımın böyrəkləri yoxdu, hər gün dərman göndəridəm. Bu cür haqsızlıla üz-üzə qalmışıq. Heç bir şahid olmadan Bandotdeldə alınan ifadəyə görə qardaşım cəza çəkir”. 

Criminal.az bildirir ki, E.Vaqifoğlu Mahmudov çetesinin kilid isimlərindən olan mərhum polkovnik İlqar Əliyevin yaxını olub və bunu heç vaxt gizlətməyib. Eldar Mahmudovun mətbuat qanadının üzvlərindən biridir. E.Vaqifoğlunun törətdiyi əməl İlqar Əliyevin dəsti-xətti ilə eynidir.
Bundan baqşa, E.Vaqifoğlu bir neçə il əvvəl İ.Əliyev haqqında kitab da yazıb. "MENORA – Kəşfiyyat tapşırığı” adlı detektiv romanın qəhrəmanı xəfiyyə orqanlarının əməkdaşı polkovnik Mustafazadədir. "Zadə” sonluğunun fars dilindən tərcümədə "oğlu” mənasını verdiyindən Mustafazadəni "Mustafa oğlu” mənasını verir. İlqar Əliyevin atasının adı da Mustafa olub
Загрузка...
Загрузка...

Xəbər lenti