DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - İcra başçısı tutuldu

DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - İcra başçısı tutuldu
Загрузка...
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. Bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib. Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib.
 DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib. Hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.
Unikal.org saytının məlumatına görə, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.

Xəbər lenti