DTX əməliyyatının sirləri açılır - Sabir Rüstəmxanlı icra başçısına rüşvət verib?

DTX əməliyyatının sirləri açılır - Sabir Rüstəmxanlı icra başçısına rüşvət verib?
Загрузка...
Bu gün Neftçala rayon icra başçısının həbs olunması ilə bağlı mətbuatda xəbər yayılıb. Anews.az-a daxil olan məlumata görə icra başçısının həbs olunmasına səbəb həmin rayon üzrə qalib namizəd seçilmiş Sabir Rüstəmxanlının ona rüşvət təklif edərək seçici cəlb etməsi olub. Məsələ ilə bağlı Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq. Deputat bildirdi ki, bu yalan məlumatdır. "Mən seçki müddətində onunla bir-iki dəfə üzür yerində görüşmüşük. Xalq onsuzda mənə səs verib, mən nəyə görə rüşvət verməliyəm?. Belə bir xəbəri məni istəməyən adamlar verə bilər" - deyə Sabir Rüstəmxanlı qeyd edib.
Təhsil eksperti Kamran Əsədov isə feysbuk sosial şəbəkəsində yazıb ki, 61 saylı Neftçala Seçki Dairəsində seçkilər şəffaf və ədalətli keçirilib deyən hər kəs bu saxtakarlıq prosesinin təşkilində iştirak edir. "Hal-hazırda 23 dekabrda "seçilən" bələdiyyələr maskalıların "qonağı"dır. Hamısı günorta yeməyi üçün dəvət olunublar. Bu anonsdur, kino hələ qabaqdadır"- deyə ekspert qeyd edib.

Xəbər lenti