DTX-da saxlanılan jurnalistin xanımı: Beş gündür aclıq edir

DTX-da saxlanılan jurnalistin xanımı: Beş gündür aclıq edir
Загрузка...
"Xeberman.com” saytının həbsdə olan baş redaktoru Polad Aslanovun aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Onun bildirdiyinə görə, oktyabrın 9-da P.Aslanov evə zəng edərək, qısa danışıb və oktyabrın 5-dən aclıq etdiyini deyib. Həmin gün Səbail Rayon Məhkəməsində P.Aslanovun barəsində həbs-qətimkan tədbirinin daha dörd ay uzadılması barədə qərar çıxarılmışdı. "Hələ məhkəmədən əvvəl demişdi ki, işinə düzgün baxılmasa, aclıq edəcək. Məhkəmədən sonra danışmaq imkanımız olmamışdı. Oktyabrın 8-də zəng günü idi, eləməmişdi. Ombudsman Aparatına müraciət etdim. Az sonra zəng elədi, amma çox qısa danışdı. Ona görə ətraflı nəsə soruşa bilmədim. Ancaq onu dedi ki, şənbə günündən aclıq edir”, - deyə G.Aslanova bildirib.
P.Aslanovun haqqında həbs-qətimkan tədbirinin müddəti fevralın 12-nə qədər uzadılıb. Həyat yoldaşı bu qərarın qanunsuz olduğunu və apelyasiya şikayəti verildiyini deyir.
Jurnalistin səhhətində kəskin problemlər olduğunu, onun çəkisinin cəmi 45 kiloqram qaldığını deyən G.Aslanova həyat yoldaşının belə vəziyyətdə aclıq etməklə həyatının təhlükə altına düşdüyünü vurğulayır.
P.Aslanov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. O, bu il iyunun 12-də həbs olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.
Yaxınları isə onun DTX haqqında tənqidi yazılarına görə şərlənib həbs olunduğunu bildirir.
Həyat yoldaşı bildirir ki, xüsusi xidmət orqanlarının zəvvarların ziyarətlərini təşkil edən şirkətlərdən rüşvət alması barədə yazılarına öncə hərbi xidmətə aparmaqla cəzalandırılıb. Baxmayaraq ki, onun sülh şəraitində hərbi xidmətə yararsız olması barədə hərbi bileti olub, ürəyindəki problemlər haqda həkim rəyi var: "Hərbi xidmətdən qayıdandan sonra da Polad Aslanov yazılarını dayandırmadı, onların dediklərilə razılaşmadı. Ona görə bu şəkildə şərləyib həbs elədilər”.
Загрузка...
Загрузка...

Xəbər lenti