DSX əməkdaşı yol qəzasında ölüb

DSX əməkdaşı yol qəzasında ölüb
Загрузка...
 Balakəndə ölümlə nəticələnən yol qəzası olub. "Report” xəbər verir ki, hadisə gecə saat 1 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib.
1985-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda doğulan, hazırda Balakən rayonunda yaşayan Ülvi Mütəllim oğlu Əliyev idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. O, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Ü.Əliyev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ü.Əliyev DSX əməkdaşı olub.
Загрузка...
Загрузка...

Xəbər lenti