Mühafizəçi vergi müfəttişini döydü

Mühafizəçi vergi müfəttişini döydü
Загрузка...

Paytaxtda dövlət rəsmisi mühafizə xidmətinin əməkdaşı tərəfindən döyülüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Ə.Vəliyev küçəsində baş verib.

Vergilər Nazirliyi Bakı şəhər Departamentinin müfəttişi 1964-cü il təvəllüdlü Ramiz Babayev bir neçə gün öncə ərazi üzrə səyyar vergi yoxlamaları apararkən döyülüb.

R.Babayev "Class" MMC-yə məxsus sexdə vergi yoxlaması aparmaq istəyərkən şirkətin mühafizəçisi Bakı sakini 1965-ci il təvəllüdlü Emin Allaheverdiyev tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Criminal.az

Xəbər lenti