DOST İş Mərkəzindən şikayət: “236 manat maaşı bizə çox gördülər”

22 Noyabr 2021, 13:38
22 Noyabr
2021
13:38
1631
"5 ildən artıq idi ki, 6 saylı Nəqliyyat Departamentində çalışırdıq”
"İki ay idi ki, maaşımızı vermirdilər. Tələb edəndə bildirdilər ki, işdən azad edilmisiniz”.
SOCAR-ın 6 saylı Nəqliyyat Departamentinin işçiləri – Musa Nəsirov və Əsgər Həsənli Meydan TV-yə belə deyiblər.
Maaşlarını ala bilməyən şikayətçilər noyabr ayında Qobustanda yerləşən 6 saylı Nəqliyyat Departamentinə üz tutublar, amma işdən çıxarıldıqlarını öyrəniblər.
Onlar deyirlər ki, 2016-ci ildən SOCAR-ın 6 saylı Nəqliyyat Departamentinin Yardımlı rayonundakı Qaz İdarəsində çalışıblar.
2020-ci ildə isə əmək müqavilələri DOST İş Mərkəzinin müqavilələriylə əvəzlənib və 236 manat maaş alıblar:
"Fəaliyyətimizi DOST İş Mərkəzinin nəzdində davam etdirirdik. Avqust ayında biz də daxil olmaqla, idarənin 18 işçisi Departamentə çağırıldı. Bizdən məzuniyyətə çıxmaq üçün ərizə aldılar. Avqustun sonunda məzuniyyət pulu da ödənildi”.
Yardımlı sakini olduğunu deyən şikayətçilər bildiriblər ki, sentyabrın əvvəlində işə qayıtsalar da, sonrakı aylarda maaş ala bilməyiblər:
"Son iki ayda maaş ala bilmədik deyə Qobustana – Departamentə getdik. Departamentdə bizə dedilər ki, siz artıq işdən çıxarılmısınız”.
"Oktyabrın 5-dən başlayaraq DOST MMC-nin "qaynar xətti”nə zəng vurmağa başladıq. Hər dəfə deyirdilər ki, sabah olacaq… Sanki ələ salırdılar bizi… Dəfələrlə Yardımlıdan Qobustana gəlib-getdik. Nə qəbul edən vardı, nə dinləyən…”, – şikayətçilər belə deyirlər.

Əsgər Həsənli
Əsgər Həsənlinin deyir ki, noyabrın 11-də heç bir xəbərdarlıq edilmədən və ərizələri alınmadan əmək müqavilələrinə də xitam verilib:
"Dedilər ki, guya yoxlama gəlib. Bizi işdə görməyib, ona görə də bizi işdən çıxarıblar. Halbuki ağ yalandır. Hər gün idarədə olurduq, iş olanda işləyirdik, olmayanda oturub iş gözləyirdik. Mən orada gündəlik tabelə qol çəkən işçiyəm, hər gün işdə olmuşam və ora bircə dəfə də olsun yoxlama gəlməyib. Geri qayıdıb idarənin rəhbərliyindən də soruşduq. Dedi ki, buralara yoxlama gəlməyib. Üstəlik, hətta əgər mən işdə olmamışamsa, niyə izahat alınmayıb, niyə akt tərtib olunmayıb, niyə mənə xəbərdarlıq edilməyib? Hanı bu sənədlər?..”
O, DOST İş Mərkəzindən atdığı bu addımı özbaşınalıq adlandırıb:
"Mən 236 manata 4 nəfərlik ailə saxlayırdım. Ən azı, heç olmasa çörəklə, ən aşağı səviyyədə ərzaqla təmin edirdim ki, acından ölməyək, o nəfəsliyi də bağladılar. Bəs bu vətəndaş necə dolansın? Bundan sonra uşaqlarıma daş, kəsək yedirdim?”
Eyni gündə işini itirən Musa Nəsirov da deyir ki, yüzlərlə insan bu problemlə üzləşib:

Musa Nəsirov
"Orada 3 minə yaxın adam işləyirdi. İşçiləri eyni yollarla yarıbayarı azaldıblar. Təkcə bizdən 18 nəfəri işdən çıxarıblar. Bu 18 nəfərin hərəsinin arxasında bir çətən külfəti var. Nəzərə alsaq ki, hər ailədə azı 4-5 nəfər var, görün nə qədər adam ac qalır? Şəxsən mən Urakəran kəndində yaşayıram. Kənddə əlində işi olan, səhər yuxudan oyanıb işə gedən, bəlkə, tək-tük sakinlərdən idim. Maaş həddindən az olsa da, ən azı, rahat idim ki, işə gedib gəlirəm. İki uşaqdan, həyat yoldaşımdan, özümdən başqa xəstə valideynlərimə də baxıram. Bundan sonra nə edim? Onsuz da verdikləri 236 manat fitrə pulu kimi şey idi, çörəyə, suya zorla çatırdı”.
"Orada 3 minə yaxın adam işləyirdi. İşçiləri eyni yollarla yarıbayarı azaldıblar. Təkcə bizdən 18 nəfəri işdən çıxarıblar. Bu 18 nəfərin hərəsinin arxasında bir çətən külfəti var. Nəzərə alsaq ki, hər ailədə azı 4-5 nəfər var, görün nə qədər adam ac qalır? Şəxsən mən Urakəran kəndində yaşayıram. Kənddə əlində işi olan, səhər yuxudan oyanıb işə gedən, bəlkə, tək-tük sakinlərdən idim. Maaş həddindən az olsa da, ən azı, rahat idim ki, işə gedib gəlirəm. İki uşaqdan, həyat yoldaşımdan, özümdən başqa xəstə valideynlərimə də baxıram. Bundan sonra nə edim? Onsuz da verdikləri 236 manat fitrə pulu kimi şey idi, çörəyə, suya zorla çatırdı”.
DOST MMC-dən bildirilib ki, noyabrın 18-də ARDNŞ-nin 6 saylı Nəqliyyat Departamentində işləmiş və işdən çıxarılmış şəxslərlə görüşüblər. Amma işdən çıxarılanların problemlərinin həll edilib-edilmədiyi ilə bağlı əlavə məlumat verilməyib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Cəmiyyət
Prezident XTQ-nin hərbi hissəsində
-
Manşet, Foto, Cəmiyyət
“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
Manşet, Foto, Cəmiyyət
Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
Manşet, Foto, Cəmiyyət
“Qazi ailəsinin, körpə oğlunun iki gün ac yatması nə deməkdir?!”
-
Manşet, Foto, Cəmiyyət
Robert Eyyubova yüksək vəzifə verildi
-
Manşet, Foto, Cəmiyyət
Eldar Mahmudovun bandasının tanınmış ismi Vəkillər Kollegiyasına üzv qəbul olundu
-
Manşet, Foto, Cəmiyyət
“Tərtər işi”ndən zərərçəkən: “Şəxsən mənə Hikmət Həsənov işgəncə verib”
-
Manşet, Foto, Cəmiyyət
Tofiq Yaqublu: “Amansızca döyürdülər, elə bildim öldürəcəklər”
-
Foto, Cəmiyyət
Şəhidlərlə vida mərasimi keçirilir