Divara “Fu Məzi” yazan fəal vəkili ilə görüşüb - “Taqətsiz durumda idi, çox arıqlayıb“

Divara “Fu Məzi” yazan fəal vəkili ilə görüşüb - “Taqətsiz durumda idi, çox arıqlayıb“
Загрузка...
Fevralın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara seçki pozuntularına etiraz olaraq "Fu Məzi” şüarı yazmış Fuad İsmayılov aclıq aksiyasını davam etdirir. Vəkil Cavad Cavadov bildirir ki, o, martın 17-da Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gedib.
VƏkilin sözlərinə görə, aclığı davam etdirdiyindən F.İsmayılov taqətsiz durumda idi, çox arıqlayıb: "Bu durumun davam etdirilməsi səhhətində ciddi fəsadlar yaratdığından aclığın dayandırılmasını təkidlə tövsiyyə etdim. Mənə söz verdi ki, bu gündən dayandıracaq". 

 Vəkil Cavad Cavadov 
F.İsmayılov fevralın 9-da keçirilən parlament seçkilərində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olub. O, martın 7-də günorta saatlarında evdən çıxandan sonra ailə üzvləri onun haqqında heç bir məlumat ala bilməyib. Daxili İşlər Nazirliyinin "Qaynar Xətt”inə çoxsaylı zənglərdən sonra onun həbs olunduğunu öyrəniblər.
F.İsmayılov martın 7-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsilə 60 sutka həbs olunub. Lakin o, özünü təqsirli bilmir və məhkəmədə də belə deyib. F.İsmayılov üzərindən narkotik tapılması barədə polis bölməsində tərtib edilmiş protokola da imza atmaqdan imtina edib.

Xəbər lenti