Direktordan ölən xəstələrlə bağlı açıqlama: "Normal hadisədir"

Direktordan ölən xəstələrlə bağlı açıqlama:
Загрузка...
Xəbər vediyimiz kimi, bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb. Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova Unikal.org-a açıqlamasında bildirib ki, ağır xəstələrin ölməsi normal hadisədir:
"Bu məlumatı hansısa yaramaz bir senssasiya kimi sizə ötürüb. Belə ölüm hadisələri olur. Amma bu o demək deyil ki, onlara baxış yoxdur. Onlar hər ikisi ağır xəstə olublar. Bizdə ölüm komissiyası var. Bunların da ölüm səbəbləri araşdırılacaq. Onların hansı səbəbdən ölümlərini isə sizə deyə bilməyəcəm. Bu həkim sirri məsələsidir”.
İctimai vəkil Samir Zeynalov isə Criminal.az saytına bildirdi ki, əvvəlki yazılarında da qeyd etdiyi kimi institutda renimasiya şöbəsində həkim-reanimatoloq yoxdur. Xəstələrin gerçək ölüm səbəbi də məhz elə budur. Həqiqət Qədirovanın bu bədbəxt hadisəni normal qarşılaması dəhşətlidir. 

Xəbər lenti