DİN: Vətəndaşla kobud davranan yol polisi işdən çıxarılıb

DİN: Vətəndaşla kobud davranan yol polisi işdən çıxarılıb
Загрузка...
Sosial şəbəkələrdə YPX əməkdaşının videogörüntüləri yayılıb Vətəndaşlarla kobud davranması görüntülənən Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun daxili işlər orqanlarında xidmətdən xaric olunduğu bildirilir. Bu barədə "Report”a DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev məlumat verib.
Onun sözlərinə görə, YPX əməkdaşının işini itirməsinə səbəb yol verdiyi qəbahətlərdir. Avqustun 29-da Meydan TV-nin sosial şəbəkələrdəki səhifələrində Sumqayıt şəhəri, 14 mərtəbəli binanın yanında, 10-YP-165 dövlət nişanlı Yol Patrul Xidmətinin avtomobil sürücüsü, YPX əməkdaşının vətəndaşla kobud davranışını əks etdirən videogörüntü yayımlanıb. Polis vətəndaşla zorakı şəkildə davranır, onun boğazını sıxır, itələyir və vurur.
Загрузка...
Загрузка...

Xəbər lenti