DİN və Müdafiə Nazirliyi Kamil Zeynallıya görə toqquşur - İDMANÇININ CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏRLƏRİNİ KİM TƏŞKİL EDİR? DİN və Müdafiə Nazirliyi Kamil Zeynallıya görə toqquşur - İDMANÇININ CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏRLƏRİNİ KİM TƏŞKİL EDİR?

DİN və Müdafiə Nazirliyi Kamil Zeynallıya görə toqquşur - İDMANÇININ CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏRLƏRİNİ KİM TƏŞKİL EDİR?
Tanınmış fitnes müəllimi Kamil Zeynallı ilə bağlı qalmaqallar davam edir. İdmançının cəbhə bölgəsinə getməsi, yardımlar aparması sosial şəbəkələrdə maraqla qarşılansa da onun bir neçə dəfə inzibati qaydada həbsi də baş verib. Hələ müharibənin qızğın dönəmlərində Kamilin Füzuliyə getməsi və orada video çəkilişlər apararaq, sosial şəbəklərdə yayması faktına görə barəsində 30 günlük həbs verildi. Ancaq həbsdən çıxan Kamil Zeynallı eyni qaydada fəaliyyətinə davam etdi. Onun növbəti həbsi isə Kəlbəcərdən qayıdarkən baş verdi. Baş verənlərlə bağlı isı maraqlı məqamları ortaya çıxarır. 

Belə ki, sərbəst şəkildə hərbi hissələrə gedən, döyüş bölgələrinə daxil olan, hərbi texnikalara minərək, foto-video çəkilişləri edən Kamil hərbi hissə komandirləri və əsgərlərlə də görüntülərini yaymaqdan çəkinmir. Bu isə onun səfərlərinin birbaşa Müdafiə Nazirliyinin rəhbərliyinin razılığı ilə həyata keçirildiyini deməyə əsas verir. Kamil Zeynallının qanunazidd hərəkətlərinə isə Daxili İşlər Nazirliyi göz yummur. Onun barəsində hər dəfə tədbir görsə də Müdafiə NAzirliyi ona növbəti dəfə yol açmaqla sanki daxili işlər orqanlarına acıq verir.
Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı isə Gununsesi.info-nun məsələ ilə bağlı sorğusunu cavablandırmaqdan yayınıb. Belə ki, əməkdaşımızın "Kamil Zeynallının döyüş xəttinə, postlara girişini kim təşkil edir” sualına Vaqif Dərgahlı "sorğunuzu yazılı göndərin, cavablayaq” deyərək, danışmaqdan imtina edib. Sayt ümid edir ki, Müdafiə Nazirliyi yaranmış situasiyaya aydınlıq gətirəcək.

Xəbər lenti