DİN iş adamının xanımının "yana-yana” bəhs etdiyi olayın mahiyyətini açdı - 2.2 milyon dollarlıq cinayət

DİN iş adamının xanımının
Загрузка...
Türkiyəli iş adamı Yazdan Şoaninin polis tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı xanımının iddialarına Daxili İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Criminal.az saytına bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Türkiyə Respublikasının vətəndaşı Ahu Şoaninin biznes qurmağa gəlmiş əri Yazdan Şoaninin guya ölkəmizdə təzyiqlə üzləşməsi, fiziki təsir göstərilməklə, əlləri qandallı halda polis əməkdaşları tərəfindən Şirvan ŞPŞ-yə aparılması və detektiv janrda çəkilən filmlərin senarisnə bənzər digər bu kimi iddialarının həqiqətlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, belə məntiqsiz söz yığınından ibarət, xəstə təxəyyülün məhsulu olan, açıq böhtan və şantaj xarakterli dezinformasiyalar polisin cəmiyyətdəki yüksək nüfuzunu və işgüzar imicini zədələməyə, asayiş keşikçiləri barədə mənfi ictimai rəyin formalaşdırılmasına xidmət edir: 

"Xanım Şoaninin xüsusi canfəşanlıqla, "yana-yana” bəhs etdiyi olayın mahiyyəti əslində qeyd olunanlara rəğmən tamamilə başqadır. Belə ki, cari il sentyabrın 6-da digər bir Türkiyə vətəndaşı Cahit Akcan Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək 09.12. 2015-ci il tarixdə Şirvan şəhərində torpaq sahəsi alaraq bina tikib əldə edilmiş gəliri bölmək üçün İran vətəndaşı Yazdan Şoaniyə 2.250.000 ABŞ dolları verdiyini, ancaq sonuncunun onu aldatdığını bildirib. Ərizə ŞPŞ-də müvafiq qaydada qeydə alınaraq icrası İstintaq bölməsinə həvalə edilub. Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə həmin ərəfədə ölkəmizin paytaxtında yaşadığı təsbit edilmiş Y.Şoaninin yaşadığı yer müəyyən olunub. Elə həmin gün, yəni sentyabrın 6-da istintaq orqanı tərəfindən Şirvan ŞPŞ-yə dəvət edilməsinə dair rəsmi çağırış vərəqi polis əməkdaşları tərəfindən operativ şəkildə sözügedən şəxsə təqdim olunub. Ertəsi gün Y.Şoani həyat yoldaşı Ahunun və digər azərbaycanlı tanışının müşayiətilə Şirvan ŞPŞ-yə təşrif buyurub, vəkilinin iştirakı ilə şikayətdə göstərilən xüsusatlarla və şikayətçi A.Cahitlə bağlı məsələlərlə əlaqədar müstəntiqi maraqlandıran sualları cavablandırdıqdan sonra sağ-salamat şəhəri tərk edib".
O.Mansurzadə qeyd edib ki, əgər xanım Şoaninin polisin guya onun ərinə qarşı zor tətbiq etməsiylə bağlı iddialarda zərrəcə həqiqət yükü olsaydı, o zaman dərhal Şöbəni tərk edən kimi elə dindirmədə iştirak etmiş vəkilin iştirakı ilə, ya da onsuz, müxtəlif instansiyalara şikayət ünvanlaya da bilərdi. Lakin olub-keçənlərin üzərindən az qala bir ay vaxt keçdikdən, Y.Şoani ölkəmizin hüdudlarını tərk etdikdən sonra Azərbaycanda polis əməkdaşları tərəfindən fiziki zora məruz qalmasına, cinayət barədə bilərəkdən yalan məlumat verməsinə görə A.Cahitin cinayət məsuliyyətinə cəlb olunması barədə respublikamızın hüquq-mühafizə orqanlarına müraciət ünvanlamaq razılaşın ki, ən azından qərəzdən, qeyri-obyektivlikdən və qabaqdangəlmişlikdən, özünü ictimaiyyətə olmayan polis özbaşınalığının qurbanı kimi sırımaq niyyətindən xəbər verir. Bu kontekstdə "qurban”ın Şirvan ŞPŞ-də yazdığı izahata, Y.Şonainin A.Cahitlə hansı şəraitdə və nəyə görə tanışlığının "maraqlı tarixçəsi”nə nəzər yetirmək kifayətdir. 

"Y.Şoani izahatında göstərib ki, A.Cahiti 2015-ci ildə Türkiyə Respublikasında olan zaman tanıyıb. A.Cahit qardaş ölkədə Barizani adlı şəxslə pul probleminin həllində ona köməklik edib. Ötən ilin avqust ayından etibarən A.Cahit gördüyü bu işə görə faiz verməsini tələb edib. O, razılaşmadıqda sonuncunun ölüm təhdidi ilə üzləşib və bununla bağlı etdiyi şikayətlərə cavab gəlmədiyinə, işində də bəzi problemlər yarandığına və təhdidlərdən bezdiyinə görə bir il əvvəl Bakıya gəlib, daha doğrusu, buna məcbur olub. O da qeyd olunmalıdır ki, guya təzyiqə məruz qaldığına dair Y.Şoaninin müraciəti aidiyyatı üzrə hazırda Şirvan şəhər Prokurorluğu tərəfindən araşdırılır. İstintaq orqanı tərəfindən A.Cahitin ərizəsi üzrə araşdırma artıq başa çatıb və cinayət-prosessual qanunvericiliyinin müvafiq maddəsinin tələbinə əsasən, həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib"-deyə DİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, A.Şoani mətbuata açıqlamasında bildirib ki, həyat yoldaşı polis zorakılığına məruz qalıb"Şirvan Rayon Polis Bölməsinin əməkdaşları yoldaşımı yerdə sürüdülər, əlini qandallayıb Şirvana apardılar. Biz 9 aylıq körpəmizi evdə qoyub, Şirvana getməli olduq. Orda bizi qorxutmağa çalışdılar, hədələdilər. Durduğumuz yerdə başımıza oyun açıldı”.
Загрузка...
Загрузка...

Xəbər lenti