DİN: Saxta COVID-19 pasportu alanlar məsuliyyətə cəlb ediləcək

DİN: Saxta COVID-19 pasportu alanlar məsuliyyətə cəlb ediləcək
 Elşad Hacıyev: "İstintaq araşdırmaları aparılır və müvafiq qərarlar veriləcək"
"Yalnız saxta COVİD pasportları satan vəzifəli şəxslər deyil, həmçinin saxta pasportları alan və bu saxta sənədləri verməyə təhrik edən şəxslər də məsuliyyətə cəlb olunacaq". Bunu Turan-a Azərbaycan DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, saxta COVİD pasportunu alan şəxslər, onları təhrik edən şəxslər tam olaraq istintaq araşdırmaları ilə yoxlanılır:
"Hər hansı formada saxta COVİD pasportu alan və həmin saxta pasportun alınmasına təhrik edən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər davam etdirilir". "Cinayət qanunvericiliyinə uyğun olaraq istintaq araşdırmaları ilə həmin şəxslərin əməlləri tam sübuta yetirildikdən sonra barələrində müvafiq qərarlar veriləcək”, - deyə Hacıyev bildirib.

Xəbər lenti