DİN piyadanı vuran sürücünün hadisə yerindən qaçmasını təkzib edir

DİN piyadanı vuran sürücünün hadisə yerindən qaçmasını təkzib edir
Загрузка...
"Criminal.az” saytının 09.10.2019-cu il tarixli xəbər buraxılışında yerləşdirilmiş "Qardaşımı maşınla öldürüb qaçır, hamı bunu görür, tək müstəntiqdan başqa..." sərlövhəli yazıda cari il sentyabrın 24-də Bakının Sabunçu rayonunda yolu keçərkən avtomobillə vurularaq dünyasını dəyişən Ziya Mirzənin qardaşı İlqar Mirzəyevin qeyd olunan yol-nəqliyyat hadisəsinin bəzi məqamları barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir. Bu barədə Criminal.az saytına Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib.
Nazirlik rəsmisi bildirib ki, bu il sentyabrın 24-də saat 09:40 radələrində paytaxt sakini, 21 yaşlı Vidadi Nəciyev idarə etdiyi "Mercedes-Benz” markalı avtomobillə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən Sabunçu rayonu Maştağa qəsəbəsinin Savalan yaşayış massivində, yol ayrıcında svetoforun qırmızı işığının tələbinə məhəl qoymayıb hərəkətinə davam edərkən yolu keçən Sumqayıt şəhər sakini, 40 yaşlı Ziya Mirzəyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb. Faktla bağlı elə həmin gün Sabunçu RPİ-nin İstintaq şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı V.Nəciyevin avtomobili idarə etmək hüququnun, hadisə zamanı ayıq vəziyyətdə olması, sürücünün hadisə yerindən yayınmaması müəyyən edilib. Belə ki, sürücü piyadanı vurduqdan sonra dayanıb, həmin istiqamətdə nəqliyyat axını olduğu üçün geriyə, yəni piyadanın vurulduğu yerə doğru hərəkət edə bilməyərək bir qədər öndə - yolun geriyə dönmək üçün nəzərdə tutulmuş hissəsindən qayıdaraq hadisə yerinə gəlib.
Sonra V.Nəciyev orada gözləyib, hadisə barədə DİN-in "102”-Zəng Mərkəzi” Xidmətinə məlumat verərək özünü təqdim edib. Yuxarıda sadaladıqlarımız, yəni sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən piyadanın ölümüylə nəticələnmiş qəzanın görüntüləri sözügedən məkanda quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
İşi aparan müstəntiq tərəfindən sürücünün iştirakı ilə hadisə yerinin müayinəsi, digər təxirəsalınmaz istintaq hərəkətləri ilə yanaşı, həmin kamera görüntülərinə də baxış keçirilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti