DİN işgəncə iddialarına aydınlıq gətirdi DİN işgəncə iddialarına aydınlıq gətirdi

DİN işgəncə iddialarına aydınlıq gətirdi
Sosial şəbəkələrdə "Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolar yayılıb. Daxili İşlər Nazirliyi fotolara münasibət bildirib. Nazirliyin Mətbuat xidmətindən "Qafqazinfo”ya bildirilib ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır:
"Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”. 
Mühacirətdə yaşayan jurnalist Həbib Müntəzirin yaydığı məlumata görə, işgəncə fotolarının qəhrəmanı, Lənkəranın Mamusta kənd sakini Qasımov Elnur Fəyyaz oğludur.  

Xəbər lenti