DİN: Fuad Rəsulzadəni döyənlərin kimliyi bəlli olub

DİN: Fuad Rəsulzadəni döyənlərin kimliyi bəlli olub
 Faktla bağlı cinayət işi açılıb
İctimai fəal Fuad Rəsulzadənin İkinci Qarabağ Müharibəsində həyatını itirmiş Xudayar Yusifzadənin yaxınları tərəfindən döyüldüyü bildirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun açıqlamasına görə, həmin videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb və cinayət işi başlanılıb:
"Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticədində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.
Xudayar Yusifzadə ölümündən sonra döyüş ərəfəsində oxuduğu mahnı ilə məşhurlaşıb. "Əhməd” adlı "Twitter” hesabından "Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə paylaşım edilib. Fuad Rəsulzadə isə həmin sözlərin ona məxsus olduğunu deyib. Bu, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.

Xəbər lenti