Nəqliyyat Nazirliyinin eks-rəisinin həbs xəbəri yayıldı

Nəqliyyat Nazirliyinin eks-rəisinin həbs xəbəri yayıldı
Загрузка...

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi Hüseyn Salamovun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Criminal.az xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə, nəqliyyat sektorunda yoxlamalar başlayıb və ilkin olaraq H.Salamov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 Xatırladaq ki, bu il avqustun 3-də Nəqliyyat Nazirliyində keçirilən iclasda nazirliyin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən çıxarılıb. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar. Qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunub.

 Maraqlıdır ki, həmin müşavirədə Z.Məmmədovun iştirak etmədiyi iddia olunurdu. Hüseyn Salamov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə 2014-cü ilin yanvarında təyin edilmişdi. Nəzərə çatdıraq ki, Avropa Oyunları zamanı H.Salamovun məsul olduğu sahədə ciddi nöqsanlar aşkarlanmışdı, “Atletlər kəndi”ndə baş verən qəzaya görə onun da sorğu-sual edildiyi bildirilirdi.

Criminal.az

Xəbər lenti