"Deyirlər ki, 1-ci qrup əili olduğuna görə işlə təmin oluna bilməzsən"

Загрузка...
"Anadangəlmə nistaqma xəstəliyindən əziyyət çəkirəm və birinci qrup gözdən əliləm. Mədəniyyət və İncəsənət Universitetində Rejissor sənəti ixtisası üzrə aili təhsil almışam. Təhsil aldığım və sonra müxtəlif qurumlarda çalışmışam. 2018-ci il 25 may tarixindən işlə təminatla bağlı çətinlik çəkmişəm. Yasamal rayon Məşğulluq Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət etsəm də, işlə təmin olunmuram”. Bu sözləri Criminal.az saytına birinci qrup gözdən əlil Əşrəf Məmmədov deyib. 

Onun sözlərinə görə, ixtisası üzrə iş tapmaq üçün Bakı çşəhər Mədəniyyət Baş İdarəsinə müraciət edib, lakin müraciəti hələ də müsbət həllini tapmayıb: "Müraciətlərimdən sonra idarəyə dəvət olunmuşam və sabiq rəis Vüqar Zeynalov məni qəbul edib. İşlə təminat üçün mədəniyyət sektorunun rəhbəri Səbinə Məmmədovaya göstəriş verib. Səbinə Məmmədova bir həftə ərzində məni işlə təmin edəcəyini söz vermişdi. Xeyli vaxt keçsə də, işlə təmin olunmadım, səbəbini soruşanda isə vakansiya olmadığı deyildi”.
Şikayətçi deyir ki, daha sonra həmin idarənin rəis müavini Gülnarə Seyidovanın qəbulunda olub və o da vakansiya olmadığını bildirib: "Mənə 8 ay ərzində vakansiya təqdim edilməyib. Tabeliyində yüzlərlə qurum olan bir idarəndə vakansiya olmaması absurddur. Sonra Dövlət Məşğulluq İdarəsinə müraciət etdim. Düzdü mənə iş təklif olundu, lakin yaşadığım yerlə həmin işin məsafəsi uzaq olması və 150 manat əməkhaqqı olmasına görə imtina etdim. Sonrakı ərizələrdə cavab verdilər ki, 1-ci qrup əili olduğuma görə işlə təmin oluna bilmərəm. Əmək Məcəlləsində heç bir əlillik qrupu fərqləndirilmədiyi halda Məşğuluq idarəsi fərqləndirir. Qurumda dəfələrlə olsam da, mənə iş təklif olunmur”. 

Yasamal rayon Məşğulluq Mərkəzinin direktor müavini Vaqif Rəhimov Criminal.az saytına açıqlamasında bildirdi ki, Ə.Məmmədli hazırda mərkəzdə qeydiyyatdadır. Direktor müavinini sözlərinə görə, o, birinci qrup əlilidir və tamamilə əmək qabliyyətsizdir. Ona görə də, onu işlə təmin etmək mümkün deyil.
"Bizim mərkəzin işi müəssisə və təşkilatlarla vətəndaş arasında vasitəçilikdir. Vətəndaşı zorla işə qəbul etdirmək səlahiyyətimiz yoxdur. Biz vətəndaşı göndəririk, sadəcə idarə qəbul etmir. Əşrəf Məmmədli tamamilə əmək qabliyyətsizdir. 2-ci qrup olsaydı, işlə təmin etmək mümkün olardı. Çünki qanunda da hər bir müəssisə üçün qanunla kvota nəzərdə tutulub. Bu məcburi haldır və təşkilar əlil vətəndaşı işə götürmürsə 1500-2000 manat cərimələnir. Əşrəf hazırda satıcı kimi işləyir və rəsmi əməkkhaqqısı var. İstəyi ixtisası üzrə işləməkdir. Biz isə onun ixtisası üzrə dövlət idarəsinə göndərib göstəriş verə bilmərik”. 






Загрузка...
Загрузка...

Xəbər lenti