"Deyir ki, Ramiz Mehdiyevə Tibilisi prospektində villa tikib vermişəm, get ondan istə..."

Загрузка...
Məcburi köçkün ailəsi aclıq aksiyasına başlayıb. Criminal.az saytına müraciət edən aksiya iştirakçıları vitse-prezident Mehriban Əliyeva onları qəbul edib dərdlərini dinləməyənə qədər aclığı davam etdirəcəklərini deyir. 
Aksiya iştirakçılarından Əliheydər Əliyev Criminal.az-a bildirdi ki, "Azəravtoyol” ASC-nin 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinov onun 353.000 manat pulunu vermir.
Onun sözlərinə görə, hər dəfə pulu istəyəndə deyir ki, Tibilisi prospektində Ramiz Mehdiyevə villa tikib vermişəm, get pulunu ondan istə. 

Əliheydər Əliyev 
Ə.Əliyev deyir ki, aksiyaya qoşulanlardan biri xalası Gülayə Hüseynova və anası Minayə Beydullayevadır. Onun şikayət Hərbi Hospitalın həkimi mayor Anar Rəhimovdandır. 

 Gülayə Hüseynova 
Bir il ivvəl Anar Rəhimov xalası Gülayə Hüseynovanın qızı Azədənin gözünü ''katarakta'' əməliyyatı edib. Lakin onun səhvindən qızın gözü kor olub. A.Rəhimova iradı bildirəndə isə deyir ki, Mehriban Əliyevanın atası Arif Paşayevin həkimi olub. 

Anar Rəhimov 
Anar Rəhimov Criminal.az saytına bildirdi ki, Azədə adlı xəstəxanaya kor olaraq gəlib. Həkimin sözlərinə görə, xəstəni əməliyat etdikdən sonra gözləri görüb:
"Lakin sonra gedib başqa yerdə yenidən əməliyyat olunub. Onunla bağlı məhkəməyə də müraciət etmişdilər. Məhkəmədə uduzdular. Məhkəmədə sübut olundu ki, həmin xəstə başqa yerdə də əməliyat etdirib. Mənim yanımda sənədlər var. Yanıma onu başqa həkim göndərmişdi. Gözü görmürdü, bir az da yığılmışdı. Əməliyyat etmişəm, görüb və çox razı qalıb. Sonrada tələbləri nə olub bilmirəm. Məhkəmədə təzminat tələb edirdilər. Məhkəmə 3 ay əvvəl olub. Apellyasiya şikayəti verməli idilər". 

Minayə Beydullayeva 
Şikayətçiləri "Mehriban Əliyevanın atası Arif Paşayevin həkimiyəm" deməklə hədələmə iddiasına cavab olaraq A.Rəhimov belə bir halın olmasını inkar etdi:
"Onlar Hərbi Hospitalı məhkəməyə vermişdilər. Hərbiçi olmuşam. Mən Arif müəllimi hardan tanıyıram. Hərbi Hospitalın hospitalın rəisi Tofiq Tağıyev ailənin şəxsi həkimidir. Ola bilsin buna görə deyirlər. Yardım məqsədilə məndən nəsə istəyiblərsə əsirgəməmişəm, yoxsa kimləsə hədələmişəm, bu mümkün deyil".  

Əliheybət Şirinov 
İddialarla bağlı Əliheybət Şirinovun mövqeyini öyrənmək mümkün olmadı. Gün ərzində ona bir neçə dəfə zəng etsək də, zənglərinə cavab vermədi. Onun mövqeyini öyrənməyə çalışacağıq. 
Xatırladaq ki, Ə.Əliyev bir neçə gün əvvəl Ə.Şirinova etiraz əlaməti olaraq özünə qəbir qazmışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti