''Deyir ki, mən rayonun prezidentiyəm'' - Qarabağ döyüşçüsü ''Deyir ki, mən rayonun prezidentiyəm'' - Qarabağ döyüşçüsü

''Deyir ki, mən rayonun prezidentiyəm'' - Qarabağ döyüşçüsü
Загрузка...
''İxtisasca sürücüyəm. Sonuncu iş yerim 2006-2015-ci illərdə "Yardımlı Şərab” ASC-yə məxsus KAMAZ markalı, 65 AC 026 dövlət nömrə nişanlı yük avtomobilini aylıq icarə müqaviləsi əsasında idarə etmişəm. "Yardımlı Şərab” ASC-ti İdarə Heyətinin sədri Nurəngiz Rzayeva olsa da, cəmiyyətin bütün işlərini onun adından etibarnamə olmadan həyat yoldaşı olan və hazırda da Sırıq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyən Hamlet İsgəndərov həyata keçirib''. Bu fikirlər Criminal.az saytına müraciət edən Himayət Adışovun şikayət məktubundandır.  

H.Adışov deyir ki, çoxuşaqlı ailəmlə birlikdə Yardımlı rayonun Hamarkənd kəndində yaşayır. Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. 1988- 1994-cü ilə qədər batalyon komandiri kimi məsul vəzifədə çalışıb. 
H.Adışov müraciətində yazır: ''ASC-yə məxsus olan 40-a yaxın yük avtomobili və traktorları ayrı-ayrı vətəndaşlara aylıq 300-350 manata icarəyə versə də, sənədləşdirəndə 100 manat kimi qeyd edir və vergidən külli-miqdarda yayınırdı. Bütün illər ərzində ASC sədri N.Rzayevanın əvəzinə və sürücülərin əvəzinə şəxsən özü imzalar ataraq icarə müqavilələrini sənədləşdiridi. ASC-yə məxsus 40-a yaxın avtomobil və traktor texnikasının hamısını sonradan icarəyə verdiyi şəxslərə sataraq qanunsuz olaraq özəlləşdirib. Rayon mühafizə orqanlarına etdiyim şikayətlərdən sonra H.İsgəndərov notariusa gedib və arxa tarixlə, guya 2007-ci ildə ASC sədri olan arvadının adından saxta etibarnamə təşkil edib. ASC-nin balansında olan və hektarlarla torpaq mülkiyyəti olan sahəni 2005-ci ildə o vaxtkı rayon rəhbərliyinin göstərişilə "su qiymətinə” özəlləşdirirərək, digər səhmdarları pay almaqdan məhrum edib. Məsələn, ASC-yə məxsus 10-16 ədəd 1000 tonlarla tutumu olan əlvan metaldan hazırlanmış çaxır çənlərinin hamısını kustar üsulla hissələrə doğratdıraraq metallom kimi sataraq külli-miqdarda qanunsuz gəlir əldə edib. Halbuki, belə iri həcmli əlvan metaldan hazırlanmış çaxır çənlərinin məhv edilməsi üçün əsas da olmayıb. Yəni, belə inventarların məhv edilməsi üçün tərtib edilmiş silinmə aktlarının hamısı formal hazırlanıb. Çünki, belə materialdan hazırlanan mal-materialın müddəti olmur''. 

''Deyir ki, mən Yardımlı rayonun prezidentiyəm''
Şikayətçi daha sonra qeyd edir ki, ASC-yə məxsus digər mal-materiallar olan iri həcmli mühərrikləri, böyük dəyirmanı, su avtomobillərini, traktorları kənar şəxslərə nağd pula sataraq mənimsənib: ''Sənədləşmə zamanı heç bir bank əməliyyatı aparılmayıb. Məsələn, KAMAZ 5511 markalı avtomobilə görə Fəxrəddin Əkbərov adlı sürücüdən 700 manat alıb banka köçürüb. Buna baxmayaraq, aylıq pul da alıb cibinə qoyub. Sonda 7000 AZN pul aldıqdan sonra avtomobili onun adına sənədləşdirib. Digər KAMAZı isə Rayon yol İdarəsinə sənədsiz satıb. (Növbət adlı sürücü ilə birlikdə) ASC-yə məxsus bütün əmlakları dədəsinin qiymətinə satıb qurtardıqdan sonra isə balansda olan hektarlarla torpaq sahəsini doğma qardaşına satıb. Halbuki bu açıq ərazi 400-500 nəfərlik mitinq və toplantılar üçün nəzərdə tutulub. Yəni dövlət əmlakı kimi satılması qadağan idi. Sırıq kənd İcra nümayəndəsinin müavini vəzifəsində işləyən H.İsgəndərov ASC-nin bütün daşınar və daşınmaz əmlaklarını satıb talamaqla 15-20 milyon manata qədər gəlir əldə edib və əsassız varlanıb. O, bu pulların bir hissəsini rayondakı himayədarlarına verib, qalanına isə özünə paytaxtada və rayonda çoxsaylı daşınmaz əmlaklar alıb. Halbuki bu şəxsin maaşı 400 manat olub''. 
Müharibə iştirakçısı yazır ki, İsgəndərovdan 2006-2015-ci illər ərzində idarə etdiyi KAMAZ-5511 markalı avtomobili öz adına sənədləşməsinə görə 4600 manat nağd pulu ''Bank of Baku''dan kredit götürüb şahidlərin yanında versə də, o sonradan bu avtomobili Fəxrəddin Canaliyevə 12000 manata 2015-ci ildə sataraqmənimsəyib: ''Verdiyim pulu isə qaytarmır. Deyir ki, mən Yardımlı rayonun prezidentiyəm. Get hara istəyirsən şikayət et. Sənin verdiyin 4600 manat əvəzinə lazım olan adamlara yeri gəlsə 46000 manat verib işi bağlatdıracağam, amma sənə bir qəpik də qaytarmayacağam. Həqiqətən də mənim H.İsgəndərovun vəzifə səlahiyyət çatmadığı halda ASC adından məndən dələduzluq yolu ilə aldığı pulu qaytarması üçün həm yerli polis və prokurorluğa, həm də dəfələrlə 102 xidmətinə etdiyim şikayətlər araşdırldıqdan sonra. H.İsgəndərovun dediyi kimi Yardımlı Rayon polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Fuad Rzayevin formal və əsassız araşdırması ilə 04 aprel 2018-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar verib. Baxmayaraq ki. polisə 2007-2015-ci illər üzrə hər ay üçün bağladığım və ödədiyim aylıq qəbzlərin surətlərini təqdim etsəm də, o qərarında H.İsgəndərovun yalan izahatına uyğun qərar qəbul edib. Verdiyim şikayət üzrə araşdırma demək olar ki, qısa və formal aparılıb''. 
''Polis məhkəməyə, məhkəmə isə prokurorluğa göndərir''
Qarabağ döyüşçüsü hesab edir ki, cinayət işinin bağlanması ilə bağlı qərar ləğv edilməli və H.İsgəndərovun ASC-də törətdiyi bütün qanunpozuntusu halları detalları ilə, şahidlərin cəlb edilməsi və sənədlər üzrə araşdılaraq dövlətə vürülmüş külli-miqdarda ziyan dəqiqləşməli və hüquqi qiymətini almalıdır: ''Yardımlı rayon Polis və Prokurorluğunda mənə rəsmən bildirilər ki, məsələ mülki olduğundan get məhkəməyə müraciət et. Rayon Məhkəməsində isə bildirdilər ki, sənin şikayətin məhkəməlik yox, Baş Prokurorluğun səlahiyyəti daxilində həll edilməlidir. Odur ki, yuxarı orqanlara bir keçmiş Əfqan və Qarabağ döyüşçüsü kimi, bir batalyon komandiri kimi Prezidentə müraciət edirəm. Cənab Prezident! Sizin adınızdan süi-istifadə edən dövlət qulluqçusu Hamlet İsgəndərovun son illərdə "Yardımlı-Şərab” ASC-də arvadı Nurəngizin adından heç bir səlahiyyəti olmadığı halda dövlətə və səhmdarlara məxsus külli-miqdarda daşınar və daşınmaz əmlakları talan edərək. Vəzifə saxtakarlığı, sənəd saxtakarığı, dələduzluq edərək milyonlarla manat "çirkli” pullar qazanmış Yardımlı rayon Sırıq kənd icra nümayəndəsinin müavini olmuş Hamlet İsgəndərovun mənə və dövlətə vurduğu külli-miqdarda ziyanın miqyası hesablanaraq qanunazidd əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı qurumlara göstəriş verməyinizi xahiş edirəm''.  









Загрузка...
Загрузка...

Xəbər lenti