Deputatlar Əbülfəs Qarayevin üstünə getdilər - “NAZİRLİKDƏKİ BÜTÜN CİNAYƏTLƏRİN ARXASINDA O DURUR”

12 May 2020, 13:10
12 May
2020
13:10
417
Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və bir sıra yüksək vəzifəli şəxsləri həbs edib. Həbs olunanlar arasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da var. Yüksək vəzifəli şəxslərin nədə ittiham olunduğu barədə hələ rəsmi məlumat verilməsə də, jurnalistlər həbslərin arxasında korrupsiyanın dayandığını bildirirlər.
Azərbaycanda Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri həbs olunduqdan sonra nazir Əbülfəs Qarayevin özünün korrupsiya və cinayətləri barədə daha ucadan danışmağa başladılar. Əvvəllər bu barədə daha çox jurnalistlər və ekspertlər danışırdılarsa, indi Milli Məclisin deputatları da naziri açıq şəkildə ittiham edirlər.

Millət vəkili Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, əslində Azərbaycan mədəniyyətinin məhv edilməsinin arxasında Əbülfəs Qarayev dayanır: "Yeni çağırış Milli Məclis formalaşanda mən Mədəniyyət komitəsinin sədr müavini seçildim. Və ilk iş günlərindən bu sahədəki vəziyyətin təfərrüatlarını anlamağa çalışdım. Qarşımda acınacaqlı bir mənzərə açıldı. Məsələn, ölkədə film istehsalı sektoru tamamilə çöküb. Müstəqillik illərində Sovet dövründə çəkilmiş filmlərlə müqayisə ediləcək bircə film də çəkə bilməmişik. Pul çatışmazlığı səbəbindən bir çox mütəxəssislər kino sənayesini tərk edib. İstintaq aparılsa, məlum olar ki, dövlət tərəfindən kinoya ayrılan bütün vəsaitin 50-60% -i bu sahəyə çatmayıb və mənimsənilib. Kinostudiyanın binasında təmir işlərinə başlanılıb, lakin heç vaxt tamamlanmayıb. Mədəniyyət Nazirliyinin rəsmiləri kinostudiyanın balansında olan 5 hektar ərazini satıblar. Kino sənayesi işçilərinə xidmət edən binalar da özəl şirkətlərə verilib".
Millət vəkili ölkədə kitabxanaların acınacaqlı vəziyyətini də qeyd edib. Deputatın sözlərinə görə, kitabxana binalarının əksəriyyəti yeni binaların inşası üçün sökülüb. Bu sahə çox acınacaqlı vəziyyətdədir və kitabxana işçiləri ölkədə ən az maaş alan insanlardır: "Mədəniyyət Nazirliyindəki yoxlamaların və korrupsioner məmurların həbsinin hansı mərhələdə başa çatacağını bilmirəm. Yalnız onu bilirəm ki, Əbülfəs Qarayevin əlindən azad olunmayana qədər Azərbaycanın mədəniyyət sahəsində heç bir inkişaf olmayacaq”.
Milli Məclisin digər üzvü Elman Məmmədov da Əbülfəs Qarayevin nazirlikdə çiçəklənən korrupsiyadan xəbərsiz ola bilməyəcəyini söyləyib.

Millət vəkili Elman Məmmədov
"Əbülfəs Qarayev 20 ildən artıqdır ki, nazirliyə rəhbərlik edir. Necə ola bilər ki, bütün bu illər ərzində tabeçiliyində olanlar çirkli işlərlə məşğul olublar, nazir isə bilməyib? Hər şeyi çox yaxşı bilirdi”,-deyə o vurğulayıb.
Millət vəkili Etibar Əliyev isə hesab edir ki, Azərbaycanda mədəniyyət sahəsi çoxdan islahatlara ehtiyac duyur.
"İllərdir Əbülfəs Qarayev mədəniyyət sahəsini korrupsiya, yalnış kadr siyasəti və özünün fərasətsizliyi ilə məhv edib. Artıq sivil nazir mifi dağılıb. İndi bir çox idarələrdə gənc kadrlar irəli çəkilir. Və yalnız Əbülfəs Qarayevin nazirliyində gənc kadrları həbs edirlər",-deyə o qeyd edib.
Öz növbəsində, parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Sabir Hacıyev hesab edir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyindəki həbslər çirkli əməllərini tərgitmək istəməyən məmurlar üçün bir siqnaldır: "Qəribədir ki, baş verənlərdən heç bir ibrət götürməyən məmurlar var. Onlar bilməlidirlər ki, artıq toxunulmazlar yoxdur. İnanıram ki, dövlət idarəçiliyindəki neqativ hallara qarşı mübarizə davam etdiriləcək”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyib ki, "Əbülfəs Qarayevin azadlıqda gəzməsi özü bütün Azərbaycan xalqına təhqirdir”.
"Mən Əbülfəs Qarayevlə komsomolda işləmişəm və onu çox yaxşı tanıyıram. O heç də özünü qələmə vermək istədiyi adam deyil. Mədəniyyət Nazirliyindəki bütün cinayətlərin arxasında Əbülfəs Qarayev dayanır. Onun dövlətdən və xalqdan oğurladığı bütün pullar geri qaytarılmalıdır",-deyə partiya sədri vurğulayıb.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Korrupsiya
"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
Korrupsiya
Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
Manşet, Korrupsiya
Vüqar Səfərli həbs edildi
-
Korrupsiya
Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
Manşet, Korrupsiya
Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
Korrupsiya
Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
Manşet, Korrupsiya
Eldar Həsənovun həbsində hansı siyasi motivlər olub? - EKSPERTLƏR DANIŞIR
-
Manşet, Korrupsiya
Bakıda məşhur polis rəisinin atası həbs edildi - ŞOK CİNAYƏT
-
Manşet, Foto, Korrupsiya
Xəzəri zəbt edən milyonçuların hasarlarını SÖKÜRLƏR