Deputatla xanımını öldürüb intihar edən biznesmen imiş Deputatla xanımını öldürüb intihar edən biznesmen imiş

Deputatla xanımını öldürüb intihar edən biznesmen imiş
Загрузка...
Rusiya Federasiyasının Rostov vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanı qətlə yetirən şəxsin kimliyi müəyyənləşdirilib. "Lenta.ru”nun verdiyi xəbərə görə, cütlüyü Rostovdan olan 38 yaşlı biznesmen Aleksandr Poluyan süngü ilə öldürüb. Alabuşevlər başlarından aldıqları zərbə nəticəsində vəfat ediblər. Daha sonra Poluyan evin ikinci mərtəbəsinə çıxaraq intihar edib. 

Aleksandr Poluyan
Mərkəzi İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko faktı təsdiqləyib. Cinayətin şəxsi düşmən münasibətləri zəminində törədildiyi ehtimal olunur. Xatırladaq ki, Andrey Alabuşevlə həyat yoldaşı Olqa Alabuşevanın meyitləri ötən gün Zernoqraddakı mənzillərində aşkarlanıb.

Xəbər lenti