Deputatın Bakıdakı möhtəşəm "MARİNE PLAZA"sı Deputatın Bakıdakı möhtəşəm

Deputatın Bakıdakı möhtəşəm
Загрузка...
Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun Bakıdakı otelinin fotolarını paylaşıb. O qeyd edib ki, 18 mərtəbəli "MARİNE PLAZA" oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.
"Elə də böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır"- deyə jurnalist yazıb.  

Criminal.az xatırladır ki, məşhur "Karat” MMC deputat Ə.Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti olub, birbaşa rəhbərliyi də özü həyata keçirib. "Karat” MMC 2008-ci ildən mənzil-tikinti kooperativi kimi qeydə alınıb. 2006-cı ildən isə "Karat” MMC-nin də daxil olduğu "Karat Holdinq” yaradılıb. "Karat Holdinq”in tərkibinə daxil olan "Karat” MTK, "İdeal” MMC, "İzmir” MMC; "Azinvest” tikinti şirkəti; "Everest-M”, Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; "ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); "Gəncə Fatoğlu” (un dəyirmanı); Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market” deputata məxsusdur.
Ə.Qasımovun 29 yaşlı oğlu Elçin Qasımov bu ilin yanvarında İsveçrədə xizək sürərkən yıxılıb və aldığı xəsarətlər dünyasını dəyişib.





Загрузка...
Загрузка...

Xəbər lenti